Azərbaycanda yük qatarı relsdən çıxıb. Hadisə dəmiryolunun Hacıqabul rayonunun Muğanlı qəsəbəsindən keçən hissəsində baş verib.
Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb.
"Azərbaycan Dəmir Yolları" QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ölkə daxilində tikinti materialları, daş daşıyan qatarda qeydə alınıb.
Qurum rəsmisi faktla bağlı daha ətraflı məlumatın veriləcəyini bildirib.
Xatırladaq ki, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?