GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı

Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı

Tarix: 26-01-2018, 11:30 Bölmə :Siyasət Baxış: 421
Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı

Azərbaycanın Rusiya ilə yeni hərbi sazişlər imzalamağa hazırlaşması düşmən ölkədə çaşqınlıq yaradıb; rusiyalı hərbi analitik: “Qarabağa təhlükə olsa, bu, Ermənistanın problemi olacaq, Rusiyanın yox”; erməni politoloq: “Moskva İrəvana qarşı Bakının əli ilə ikinci ”aprel" hazırlayır..."

Rusiya ilə Azərbaycan arasında hərb-texniki əməkdaşlıq işğalçı Ermənistanda daima ağrılı reaksiya doğurub. Ötən həftə Rusiyadan alınan yeni partiya hərbi texnikanın cəbhə bölgəsinə göndərilməsi də istisna olmayıb və belə görünür ki, düşmən ölkənin rahatlığını əməllicə pozub. Bunun ardınca Azərbaycan prezidentinin Davosda verdiyi son açıqlama İrəvanın çaşqınlığını bir qədər də artırıb.

“Yeni Müsavat” xatırladır ki, Azərbaycanın dövlət bacısı “RİA-Novosti”yə müsahibəsində Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparıldığını və bu istiqamətdə heç bir məhdudiyyət olmadığını deyib. “Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar gedir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır”, - deyə o vurğulayıb. Prezident həmçinin bu yöndə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb. Onu da qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı əksər sazişlər icra olunub. Artıq silahların alındığını deyən İlham Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini də söyləyib.

*****

Sözsüz ki, Azərbaycanla hərbi-texniki əməkdaşlıq, silah alveri sanksiyalar altında olan Rusiyaya ilk növbədə kommersiya maraqları baxımından vacibdir. İkinci yandan, bu tip əlaqələr həm də Bakı və Moskvanı bir-birindən asılı edir, aradakı siyasi bağlar və etimad möhkəmlənir. Erməni tərəfi ən çox qayğılandıran da budur.

Bu fonda Türkiyənin bölgədə güclənməkdə davam eləməsi və Rusiya ilə getdikcə daha anlaşıqlı dildə danışması İrəvanın xofunu artırıb. Hətta qardaş ölkənin Suriyada apardığı uğurlu antiterror əməliyyatı (“Zeytun budağı”) yekun etibarilə Ankaranın Moskva ilə birgə Güney Qafqaz problemlərinin həlinə də fəal girişə biləcəyi kontekstində analiz edilməkdədir.

Ancaq İrəvanın əsas başağrısı Moskvanın Bakı ilə hərbi sahədə işbirliyidir. Və düşmən ölkə şantaj da daxil, istənilən üsuldan yararlanmağa çalışır ki, bu əlaqələr pozulsun, Azərbaycanla Rusiyanın arası soyusun. Erməni KİV-lərində son günlər yer alan məqalə və təhlili yazılardan hasil olan qənaətlərdən biri də budur.

*****

Məsələn, “Yeni Müsavat”ın məlumatıma görə, rusiyalı ermənipərəst politoloq Aleksandr Skakov 1 in.am erməni nəşrinə deyib ki, Moskvanın Azərbaycan böyük həcmdə silah satması düzgün sayıla bilməz. “Amma indi ən əsası odur ki, yeni hərbi müqavilələr imzalanmasın”, - deyə o bildirib.

Erevan ile ilgili görsel sonucu

Ancaq qeyd etdiyimiz kimi, prezident İlham Əliyev artıq ermənilərin ovqatını təlx edən anonsu verib - hərbi əməkdaşlıq davam edəcək, üstəlik, yeni müqavilələr imzalanacaq.

Digər rusiyalı tanınmış politoloq və hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Analiz Mərkəzinin direktor müavini Aleksandr Xramçixin öz növbəsində adıçəkilən sayta açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycana silah satması ən əvvəl kommersiya xarakteri daşıda da, ortada siyasət də var. “Moskva bununla müəyyən mənada Azərbaycanı özünə bağlamış olur. Çünki həmişə belə olur ki, silah satışı siyasi əlaqələri də möhkəmlədir. Rusiya istəməzdi ki, Azərbaycan başqa təsir sferalarına keçsin - məsələn, Amerikanın və ya Türkiyənin. Bu üzdən Azərbaycanı silahla özünə bağlayır, üstəlik, burada ortaq neft məsələləri də var. Moskva Azərbaycanı öz əlindən tam buraxmaq istəmir” - ekspert bildirib.

Xramçixin Kremlin yanaşmalarında prinsipial dəyişikliklər görmür: “Rusiya özünü elə aparır ki, sanki Azərbaycanla Ermənistan arasında heç bir konflikt yoxdur. O, həm Ermənistan, həm də Azərbaycanla müstəqil əlaqələrə malikdir və həm bu, həm də digər tərəfə silah satır, bu zaman Ermənistanla KTMT üzrə əlaqələrdən də imtina eləmir”.

Konkret olaraq , Dağlıq Qarabağ konfliktinə gəlincə, rusiyalı hərbi analitik hesab edir ki, müharibənin bərpa olunacağı halda Moskva İrəvan qarşısında öz öhdəliklərini yerinə yetirəcək. “Yəni söhbət sırf Ermənistanın özünə qarşı təcavüzdən gedir. Yox, əgər Qarabağa hücum olsa, bu, Ermənistanın problemi olacaq. Mahiyyət etibarilə belə yanaşma Azərbaycana silah tədarükündən əvvəl də, sonra da olub”, - deyə o əlavə edib.

*****

“Əminəm ki, Rusiya Azərbaycanı fasiləsiz şəkildə silahlandırmaqla Bakını təxribata çəkir, onu Qarabağa və Ermənistan qarşı müharibəyə təhrik edir ki, Ermənistanı qəti şəkildə müstəqillik və suverenlikdən məhrum eləsin”. Bu sözləri isə “Yeni Müsavat”ın məlumatına görə, erməni politoloq Levon Şirinyan erməni mətbuatına açıqlamasında deyib.

Onun iddiasına görə, 2016-cı ilin aprel müharibəsi zamanı öz hədəfinə çatmayan Rusiya planın ikinci mərhələsinə keçmək istəyir: “Bu, çox təhlükəlidir. Ermənistan siyasi-hərbi rəhbərliyi dəqiq anlamalıdır ki, Putin Rusiyası mütləq ikinci cəhdini edəcək - Azərbaycan vasitəsilə Ermənistana çox şeyləri sırımaq istəyəcək. Qoy hakimiyyətin illüziyası olmasın: Rusiya Azərbaycanı Ermənistana qarşı qaldıracaq. Bu vəziyyətdə bir yolumuz qalır: komplementar xarici siyasəti daha aktiv şəkildə aparmaq, Avropa ilə əlaqələri möhkəmlətmək və ilk növbədə daxili situasiyanı yaxşılaşdırmaq”.

*****

Əlbəttə ki, Rusiya Ermənistanın “ətini yesə də, sümüyünü atmaz”. Çünki regionda yeganə forpostu Ermənistandır. Moskvanın Cənubi Qafqazda legitim hərbi bazaları da yalnız işğalçı ölkədə mövcuddur. Bu da var ki, İrəvan Kremlin rüsxəti olmadan öz xarici siyasətində kəskin gediş və dönüşlər edə bilməz. Əks halda, xarici sərhədlərini də rusların qoruduğu Ermənistan şərt şəkildə cəzalanar. Cəza verməyin bir yolu da Qarabağ məsələsidir ki, bu xüsusda Şirinyanın təlaşına haqq qazandırmamaq olmur.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Qarabağa bir şey olsa, Moskva yalnız...." - Rus politoloq

    "Qarabağa bir şey olsa, Moskva ...

    23-11-2014, 23:27

  • 
  • İrəvanı təşvişə salan MOSSAD

    İrəvanı təşvişə salan MOSSAD ...

    14-12-2016, 22:10

  • 
  • “Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə hazırlaşır” – Rusiyalı hərbi ekspert

    “Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə ...

    27-06-2017, 11:07

  • 
  • “Moskva İrəvanı Qarabağla cəzalandıracaq” - sensasion gözlənti

    “Moskva İrəvanı Qarabağla cəzalandıracaq” - ...

    17-08-2017, 16:12

  • 
  • Bakının müharibə hazırlıqları – Düşmən təlaşını artıran 5 SƏBƏB

    Bakının müharibə hazırlıqları – Düşmən təlaşını ...

    25-06-2017, 19:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu