Qız qalasında bu axşam saat 20:00-da keçirilməsi planlaşdırılan “200 gün qaldı” tədbiri təxirə salınıb və noyabrın 26-da baş tutacaq.
Bu barədə "Trend"ə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.
Bakı 2015 Avropa Oyunları ilk Avropa Oyunlarının açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edəcək.
İlk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün noyabrın 26-da İçərişəhərdə şəhəri işıqlandıracaq və diqqətçəkici nümayiş baş tutacaq. Sözügedən məqamı qeyd etmək məqsədilə Bakı 2015-in təsviri əfsanəvi Qız Qalası memarlıq abidəsinin üzərində möhtəşəm şəkildə nümayiş olunacaq.
Savash.org saytı "İnterfax-Azerbaijan"a istinadən bildirir ki, tədbirin təxirə salınmasının səbəbi bu gün Qız qalasında baş verən intiharla bağlıdır.
* * *17:32
Virtualaz.org dəqiqləşdirib ki, Qız qalasından özünü atan cavan oğlan yox, orta yaşlı kişi olub.
Hazırda hadisə baş verən ərazi polis nəzarətinə alınıb. Oraya heç kim buraxılmır.
* * * 16:59
Bu dəqiqələrdə gənc bir oğlan özünü Qız qalasından atıb.
Bu barədə virtualaz.org-a hadisənin şahidləri məlumat veriblər.
Onların sözlərinə görə, artıq hadisə yerinə polis və Təcili Yardım Xidmətinin əməkdaşları gəlib.
Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?