ABŞ-ın NASA kosmik agentliyi 2014-cü il dekabrın 16-dan 22-nə kimi Yer kürəsinə qaranlıq çökəcəyini bildirib. Artıq bütün internetdə bu anormal hadisənin yaxınlaşması məsələsi müzakirə olunur. NASA-nın yaydığı məlumatda qeyd olunub ki, 16-22 dekabrda Yer kürəsində son üç əsrin ən böyük maqnit qasırğası olacaq. Məhz bu qasırğa günəş şüalarının 90% tutulmasına səbəb olacaq. Anormal hadisə Günəş səthində yerləşən AR2192 ləkəsindən plazmanın ayrılmasına görə baş verəcək. Alimlər də elə bundan qorxurlar. Son bir neçə həftədir ki, o bizim planetimizi təhlükədə saxlayır. Aşağıdakı cədvəldə siz 16-30 otyabrda bu ləkənin nə fəsadlar törətdiyini görə bilərsiniz. Mənbə hər yerdə eynidir- AR2192 ləkəsi. Dekabrın 16-22-də isə bu anomal hadisə öz zirvə nöqtəsinə çatacaq.
Yer kürəsinin istənilən nöqtəsində "Şimal parıltısı” müşahidə ediləcək. Bu zaman göy üzü bütün rəng çalarlarına bürünəcək: qırmızı, çəhrayı və s. rənglər. Bəşəriyyət 16 dekabrdan başlayaraq tam bir həftə ərzində çox uzun gecə yaşayacaq. Rabitə vasitələrinin sıradamn çıxacağı da istisna edilmir. Bu xəbəri NASA-nın başçısı Çarlz Bolden özü yayımlayıb. O bildirib ki, uzun müddət onlar nə edəcəklərini bilməyiblər. Hər şeydən çox panika və xaos təhlükəsi qorxu yaradır. Lakin, digər əməkdaşlarla uzun müddət davam edən müzakirələrdən sonra NASA başçısı bu açıqlamanı edib və insanları panikaya düşməməyə çağırıb. Onun fikrincə, baş verəcəklər adi astronomik hadisədir: "Narahat olmayın, bu hadisə Ay və Günəş tutulması kimi adi təbiət hadisəsidir. Bu zaman qaranlıq cəmi 6 gün davam edəcək”. Son 3 həftə ərzində günəşdə qeyri-adi enerji proseslərinin gedir. Nəticədə 2 NASA aparatı sıradan çıxıb. Zülmətin həqiqətən də olub-olmayacağını zaman göstərəcək. Lakin, NASA hər ehtmala "ehtiyat şam” almağı məsləhət görür.
Sorğu
Yeni dizaynımız necədir?