Avropa.info PKK terrorçuları tərəfindən təhdid olunur.
Avropa.info xəbər verir ki, portalın Facebook səhifəsinin daxili poçtuna dəfələrlə təhdidlər gəlib. Bu dəfəki təhdid isə Rojda Kurda adlı facebook istifadəçisindən gəlib.
Rojda Kurdanın yazdığı mesajdakı təhdid mesajı bu şəkildədi: "Siz kimsiniz ya nedir bu kürd düşmənliyi? Kürdler azərilerə nə edib ki, onu anlamıram? Bu da sizə son xəbərdarlıq olsun".
Qeyd edək ki, Rojda Kurda profil şəkli olaraq, PKK-nın hərbi formasında, terrorçular arasında fotosunu paylaşıb. Bundan öncə də, dəfələrlə PKK-çı olduqlarını bildirən şəxslər Avropa.info-nu hədələyiblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?