Təbrizin bələdiyyə sədri İrəc Şəhin Baher özünə daha bir antitürk mövqedə olan müşavir seçib.
gundemxeber.az Avropa.info-ya istinadla xəbər verir ki, PKK və Pejak terror qruplaşmalarının ideyalarını dəstəkləyən radikal kürd Bəxtiyar İzzətpənah şəhərin inkişaf planı üzrə Təbriz bələdiyyə başqanının müşaviri təyin olunub.
İ.Şəhin Baherin bu qərarı azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.
Bir müddət əvvəl isə tanınmış panfarsist İsfəndiyar Qarabaği incəsənət və mədəniyyət işləri üzrə Təbriz bələdiyyə başqanının müşaviri vəzifəsinə təyin olunub. O hər zaman Azərbaycan türk millətinin milli kimliyinə qarşı radikal mövqe sərgiləyib, bu istiqamətdə bağışlanmaz addımlar atıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?