"Washington Post" İsmayıllı üsyanından reportaj verdi
"Neftlə zəngin keçmiş Sovet ölkəsi olan Azərbaycanın mərkəzində kiçik avtomobil qəzası qəsəbədə gərginlik yaratmış və demokratiya sahəsində çatişmazlıqların göstəricisi olaraq yerli sakinlərlə bölgə rəsmilərini toqquşdurub, "Washington Post" yazır. Bakıdan 175 kilometr məsafədə yerləşən İsmayıllıda yüzlərlə qəzəbli vətəndaş gecə baş vermiş üsyandan sonra bölgə hökümət binasını dövrəyə alaraq icra hakiminin istefasını tələb ediblər. Deyilənlərə görə hər şey 22 yaşlı Emil Şəmsəddinovun yol kənarında dayanmış sürücü ilə mübahisəsindən sonra başlayıb. Fahişəxana kimi istifadə edildiyi deyilən Çıraq otelinin sahibi İsmayıllı sakinləri ilə kobud və təkəbbürlü davranmış və nəticədə sərt şəkildə döyülmüşdür. Polisin məlumatına görə Şəmsəddinovun içkili şəkildə avtomobili idarə etdiyi güman edilir. Şəmsəddinovun ətrafdakı insanlara söyüş söyməsi və onların üstünə bağırması İsmayıllı sakinlərinin qəzəbinə səbəb olub. Münaqişə qıza zamanda alovlanıb, 3000-ə yaxın adam Şəmsəddinovun sahibi olduğu Çıraq otelinə doğru hərəkət edərək əvvəlcə oteli yandırmış, sonra isə icra hakiminin imarətinə doğru irəliləmişlər. Washington Post Transparency International təşkilatına istinad edərək yazır ki, Azərbaycan korrupsiya indeksində 176 ölkə arasında 139-cu yerdə gedir. Ölkənin neft sayəsində zənginləşməsi kiçik varlı zümrə ilə yoxsul təbəqə arasında dərin uçurum yaradıb. İsmayıllıda baş verən hadisə nadir olay olsa da presedentsiz deyil. Ötən il Qubada üsyan edən sakinlər yerli icra hakiminin vəzifədən çıxarılmasına nail olmuşdular. Azərbaycanda bütün icra hakimlərini yerli sakinlər yox, prezident İlham Əliyev təyin edir. İcra hakimləri adətən yerli sakinlər arasından yox, başqa regionlardan seçilir. Hazırda İlham Əliyev İsveçrədə Dünya İqtisadi Forumunda iştirak edir. Yanvarın 23-ü axşam saatlarında İsmayıllıda baş verən əhali üsyanı dünya mediasında əsas xəbərlərindən biri olub. Dünya mediasının öndə gələn yüzlərlə qəzet və xəbər agentlikləri aksiyayla bağlı məlumat və faktları tirajlayıb. Baş vermiş insidentlə bağlı məlumatlar yerləşdiriblər. Qərbin "Time", "Washington Post", "Associated Press", "Denver Post", "Huffington Post", Rusiyanın "Ren TV" telekanalı, "News.ru" portalı kimi məşhur media quruluşları baş vermiş xalq etirazları ilə bağlı geniş reportajlar veriblər. Hadisə Türkiyə saytlarında da əksini tapıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?