Bu gün gənclər Fəvvarələr meydanında növbəti etiraz aksiyası keçirməyi planlaşdırır. Artıq bununla bağlı facebook sosial şəbəkəsində elan da verilib. Gənclər aksiyanın siyasi xarakter daşımadığını və heç bir təşkilat tərəfindən təşkil olunmadığını bildiriblər. “Silahları üstümüzdən çəkin” şüarı adı altında saat 14:00-da başladılacaq aksiyada bu saata olan nəticəyə görə 300-dən çox şəxs iştirak edəcəyini elan edib. Gənclər Binə ticarət mərkəzində və İsmayıllıda baş verən olaylarda polisin rezin güllələrdən, gözyaşardıcı qazlardan istifadə etməsinə etiraz edəcəklərini deyirlər. Qeyd edək ki, sosial şəbəkədəki bu qrup bir neçə saat əvvəl yaradılıb.
Sorğu
Yeni dizaynımız necədir?