Qarabağ qazisi Zaur Həsənovun ölümünə etiraz olaraq Bakıda keçiriləcək qanunsuz aksiya ilə əlaqədar polis qüvvələri Fəvvarələr meydanını nəzarətə götürüb.
Musavat.com-un verdiyi məlumata görə, çoxlu sayda polis avtomobilləri və mülki geyimli şəxslər var. Meydana təzyiqli suvuran maşınlar da gətirilib.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq.
Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənovun ölümü ilə əlaqədar sosial şəbəkələrdə bu gün saat 16:00-a razılaşdırılmamış aksiya təyin edilib.
Virtualaz.org saytının müxbiri xəbər verir ki, qazinin dəfn mərasimi bitəndən sonra onlarla gənc fəal Bibiheybət qəbiristanlığından Fəvvarələr meydanına yürüş edərək orada etiraz aksiyası keçirmək barədə qərar qəbul ediblər. Hazırda həmin gənclərlə bərabər aksiya məkanı kimi seçilmiş yerə gələn müxbirimiz onu da əlavə edir ki, gənclər bu fikirlərində qəti olduqlarını bildirirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?