GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı 9 milyonluq korrupsiya ittihamı – özəl

Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı 9 milyonluq korrupsiya ittihamı – özəl

Tarix: 28-11-2014, 01:00 Bölmə :Ölkə Baxış: 0
Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı 9 milyonluq korrupsiya ittihamı – özəl

Mərhum akademik Tofiq İsmayılovun xanımı Ali Məhkəninin sədri və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri barədə yeni faktlar açıqladı

Mərhum akademik Tofiq İsmayılovun xanımı Lalə İsmayılova İstiqlal.az-a növbəti müraciətini göndərib. Lalə İsmayılova bu müraciətində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun və onun qohumlarının əməlləri ilə bağlı yeni faktlar açıqlayıb. Akademikin xanımı müraciətin olduğu kimi dərc olunmasını xahiş edib. Beləliklə, Lalə İsmayılova yazır:

Akim Bədəlov ərizəsində nə yazıb?
"Hörmətli redaksiya! Sizlərə müraciət edərək mətnin tam şəkildə və ardıcıllğı olduğu kimi verilməsini artıq dərəcədə xahiş edirəm. 14.10.2014, 21.10.2014 və 12.11.2014-cü il tarixlərdə Sizə ünvanladığım və saytınızda dərc edilən müraciətlərimdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun və onun qohumlarının mərhum akademik Tofiq İsmayılovun ailəsinə və dövlətimizə qarşı törətdikləri cinayətləri tam əhatə edə bilmədiyimə görə əlavə faktları açıqlamaq istəyirəm.

Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı 9 milyonluq korrupsiya ittihamı – özəl

Akim Bədəlov
07.11.2014-cü il tarixdə hakim Məmməd Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində heç bir saat belə davam etməyən məhkəmə iclası ailəmizin əleyhinə qərar qəbul etdi. Bildirmək istəyirəm ki həmən məhkəmə iclasında ailəmizin apellyasiya şikayəti ilə bərabər A.Bədəlovun da apellyasiya şikayətinə baxılmışdır və onun şikayəti tamamilə təmin edilmişdir. Yəni A.Bədəlov birinci instansiya məhkəməsində tamamilə onun xeyrinə çıxarılan qətnamədən şikayət vermişdir. Bu müraciətimdə A.Bədəlovun apellyasiya şikayətində olan yalanları faktlarla ifşa etmək istəyirəm.
A.Bədəlov şikayət ərizəsində bildirir: "1995-ci il tarixdə yaradılan “Xəzər”in 1991-ci il tarixdə kollektiv mülkiyyət formasında təşkil edilən “Xəzər”ə heç bir aidiyyatı yoxdur. Yeni “Xəzər” 10.08.1995-ci il tarixdə Bədəlov Akim Bədəl oğlu, Mövsümov Şahin Arif oğlu, Vəliyev Rizvan Şamir oğlu və Bağırlı Azad Ramiz oğlu tərəfindən bağlanmış təsis müqaviləsinə əsasən yaradılıb. Yeni yaradılan müəssisənin hüquqi ünvanı əvvəlkindən fərqli olaraq 8-ci mikrorayon,12-ci Aşırım 170A yox 12-ci Aşırım 68A olub və bunlar başqa-başqa ünvanlardır. Keçmiş “Xəzər” SSSR-i dağıldıqdan sonra fəaliyyət göstərməyib və bununla əlaqədar ləğv olunmuş hesab edilməlidir. Əvvəlki “Xəzər”in 1991-ci il tarixdə qəbul edilmiş nizamnaməsində təsisçilərin adı göstərilməmişdir bu hal isə 1994-ci ildə qəbul edilmiş “Müəssisələr Haqqında” Qanunun tələblərinə ziddir. A.Bədəlov Kirov rayon Xalq Deputatları Sovetinin 23.08.1991-ci il tarixli 15/345 saylı qərarına əsasən “Xəzər”ə direktor təyin edilmişdir.”Xəzər”in heç bir əmlakı yoxdur və heç vaxt olmamışdır. 1991-ci il tarixdə Səbinə İsmayılovanın 17 yaşı olduğundan “Xəzər”də təsisçi ola bilməzdir".
Faktlar Akim Bədəlovu təkzib edir
Bunlar hamısı ağ yalandır və məhkəməyə təqdim etdiyimiz sənədlər yalanları tamamilə ifşa edir. Belə ki “Xəzər” kollektiv mülkiyyət formasında yenidən təşkil ediləndə onun nizamnaməsi 06.03.1991-ci il tarixdə kollektiv-mülkiyyətçilərinin iclasının 8 saylı protokoluna əsasən qəbul edilmişdir və nizamnamədə bu fakt müəssisənin möhürü ilə təsdiq edilmişdir. Bu o deməkdir ki “Xəzər”in həqiqi təsisçilərinin, o cümlədən,qızım Səbinə İsmayılovanın adı 8 saylı protokolda göstərilib. Bu hal o zaman mövcud olmuş qanunvericiliyə zidd deyil. 1994-ci ildə qəbul edilmiş “Müəssisələr Haqqında” Qanunun bütün digər qanunlar kimi geriyə qüvvəsi ola bilməz. Nizamnamə qəbul ediləndə qızım S.İsmayılovanın artıq 19 yaşı vardır. 12 Aşırım 170A və 12 Aşırım 68A bir ünvandır, sadəcə cinayətinə hazırlığın birinci mərhələsi kimi izləri itirmək üçün A.Bədəlov hələ 1992-ci ildə obyektin numerasiyasına dəyişiklik edilməsinə nail olub. Bu faktı A.Bədəlovun direktor olaraq 11.02.1993-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinə 12-ci Aşırım 68A ünvanda “Xəzər”ə məxsus obyektdə mağaza açılmasına icazə verilməsi üçün yazılı müraciəti və 18.02.1993-cü il tarixdə müraciətinə cavab icra hakimi tərəfindən mağazanın açılmasına icazə verilməsinə dair sərəncam təsdiq edir. Həmçinin bu sənədlər Bədəlovun “Xəzər”in 1991-ci ildən sonra fəaliyyət göstərməməsi və əmlakı olmaması barədə iddialarını təmamilə alt-üst edir. “Xəzər”ə məxsus 12-ci Aşırim 68A ünvanda yerləşən mağazadan 1993-cü ilin fevral ayından malların topdansatışı həyata keçirilirdi. Həmin obyekt sonra “Xəzər”in balansından qanunsuz olaraq çıxarılmışdır və hazırda Bədəlov onu tələm-tələsik satmaq istəyir. Kirov rayon Xalq Deputatları Soveti 23.08.1991-ci il tarixli 15/345 saylı qərarı ilə Bədəlovu “Xəzər”ə direktor təyin etməmişdir. Bu qərarla yenidən təşkil edilən “Xəzər”i dövlət qeydiyyatına alaraq, kollektiv-mülkiyyətçilər tərəfindən direktor seçilmiş Bədəlovu həmən vəzifəyə təsdiq etmişdir. Rus mətni ilə tərtib edilmiş qərarda “utverdit” sözü yazılıb, “naznaçit” sözü yox. Müəssisələrə direktor seçilmiş şəxslərin yerli icraiyyə komitələrində təsdiq olunması o zaman mövcud olan qanunvericiliyin tələblərindən irəli gələn məsələdir. 1995-ci ildə qanunvericilikdə baş verən dəyişiklərlə əlaqədar əvvəl və yenidən təşkil edilən müəssisələrin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi öhdəliyi yaranır. Bədəlov və üç nəfər yuxarıda adları göstərilən qohumları mərhum yoldaşımdan ailəmizə miras qoyduğu müəssisəni ələ keçirmək üçün 10.08.1995-ci il tarixdə öz aralarında “Xəzər”ə dair saxta təsis müqaviləsi bağlayırlar. Həmin müqavilənin üzərinə 29.08.1995-ci il tarixdə 34 saylı notariat kontorunun ştampı vurulur. Ədliyyə Nazirliyinin Notariat Arxiv İdarəsindən əldə etdiyimiz və məhkəməyə təqdim etdiyimiz məktub və notariat reyestr kitabından çıxarış subut edir ki bu müqavilə notariusda təsdiq edilməmişdir. Müqavilənin üzərində olan ştampda göstərilən əməliyyatla müqavilə iştirakçılarından biri olan R.Vəliyevin imza nümunəsinin düzgünlüyü təsdiq edilmişdir. 1995-ci ildə qəbul edilmiş qanunsuz nizamnamədə "Xəzər"in adı,hüquqi ünvanı və bank hesabı əvvəlki "Xəzər"lə eynilik təşkil etdiyi halda hansı yeni müəssisənin yaradılmasından söhbət gedə bilər.
Bədəlov akademikin faciəli ölümündən istifadə edib
Beləliklə, Bədəlov özünün və qohumlarının cinayətini yalan və uydurmaları ilə gizlətməyə çalışsa da cinayət tam çılpağlığı ilə ortalıqdadır. Bədəlov T.İsmayılovun faciəvi ölümündən istifadə edərək akademikin ailəsinə miras qoyduğu müəssisənin təsisçilik sənədlərini aradan götürür.Həmçinin Kosmik Tədqiqatlar EİB-nin mühasibatlığından "Xəzər"lə bağlanmış maliyyə-təsərrüfat müqavilələri aradan götürülür. Birinci instansiya məhkəməsində 1991-ci ildə direktor işləmiş və təsisçilik sənədlərinin saxlanmasına bilavasitə məsuliyyət daşıyan Bədəlovdan "Xəzər"in həqiqi təsisçilərinin 8 saylı protokolunun təqdim edilməsini tələb etmişik. O isə məhkəməyə 8 saylı protokoldan məlumatı olmaması barədə yazılı cavab göndərib. Necə ola bilər ki direktor işləyən və müəssisənin dövlət qurumları ilə işini tənzimləməyə məsul olan şəxsin təsisçilik sənədindən xəbəri olmasın? Lakin birinci instansiya məhkəməsinin hakimi Şahin Abdullayev və apellyasiya məhkəməsinin hakimi Məmməd Məmmədov aşkar olan cinayət və saxtakarlıqlara göz yumaraq ailəmizin əleyhinə qərar qəbul etmişdirlər. Bununla da onlar aşkar şəkildə Bədəlovun qudası Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişini yerinə yetirmişdilər.

Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı 9 milyonluq korrupsiya ittihamı – özəl

Ramiz Rzayev
Bldirmək istəyirəm ki R.Rzayevin "Xəzər" məsələsində qudasının bu cür can-fəşanlıqla müdafiə etməsinin arxasında təkcə qohumluq əlaqəsi yox, onun bilavasitə maddi marağı durur. Belə ki Ali Məhkəmənin yeni binasının tikintisini "Xəzər" həyata keçirib və 2009-cu ildə başa çatdırıb. Bədəlovla Rzayevin tanışlığı həmin vaxtlara təsadüf edir və münasibətləri heç də hamar olmamışdır. Bədəlov o vaxtlar ailəmizə Rzayev barəsində şikayət edərək bildiridi: “Məhkəmənin binasını tikib təhvil vermişəm. Büdcədən binanın tikintisi üçün pullar tam ayrılıb.Amma Ramiz mənə olan 9 milyonluq borcunu ödəmək istəmir. Bilmirəm gedib kimə şikayət edim. Lakin bir müddət sonra Bədəlovla Rzayevin quda olduqları xəbərini aldıq və hətta toya dəvət olunmadığımıza təəccübləndik də. Ailəmiz Bədəlova çox inanırdı və onun xəyanətkar olduğunu təsəvvürümüzə belə gətirə bilməzdik. İndi mən dəqiq bilirəm ki R.Rzayev həmən 9 milyonun müqabilində Bədəlovu "Xəzər"in məsələsində sonadək müdafiə edəcəyini öhdəsinə götürüb. Oxşayır Rzayev tutduğu vəzifə kürsüsündən özünə böyük görsənir. Lakin T.İsmayılov zirvəsindən baxanda o gözəgörünməz dərəcədə cılızdır. Görkəmli alim və dövlət xadiminin ailəsinə miras qoyduğunu mənimsəyən cinayətkarlar hökmən layiq olduqları cəzanı alacaqlar. Sadəcə geci tezi var".

P.S. Müraciətdə qeyd edilən sənədlər Lalə İsmayılova tərəfindən redaksiyaya təqdim edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Akim Bədəlovun şirkəti milyonları talayır

    Akim Bədəlovun şirkəti milyonları talayır ...

    8-02-2017, 01:17

  • 
  • Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə sədr təyin olunub - FOTO

    Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə ...

    5-10-2020, 13:54

  • 
  • Daha 7 məmur təyinatı edəcək – (Siyahı)

    Daha 7 məmur təyinatı edəcək – (Siyahı) ...

    23-10-2013, 10:40

  • 
  • Bölgələrdə hibrid stansiyaları yaradılacaq

    Bölgələrdə hibrid stansiyaları yaradılacaq ...

    20-11-2013, 12:50

  • 
  • Azərbaycan Almaniyaya məhsul satacaq

    Azərbaycan Almaniyaya məhsul satacaq ...

    24-12-2015, 15:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu