Çoxmərtəbəli binaların dam örtüklərindən istifadə etməklə mini-stansiyaların yaradılmasına da diqqət ayrılacaq
Azərbaycan 2020-ci ilə qədər ölkənin əksər rayonlarında hibrid stansiyalarının yaradılması planlaşdırılır. ANS PRESS-in verdiyi xəbərə görə bunu, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov söyləyib.
A.Bədəlov qeyd edib ki, bu stansiyaların gücü ilkin mərhələdə 15-20 meqavat təşkil edəcək, sonra isə bu rəqəm 45-50 meqavata çatdırıla bilər. Respublikanın bölgələrində hibrid stansiyalarının yaradılması ilə yanaşı, çoxmərtəbəli binaların dam örtüklərindən istifadə etməklə mini-stansiyaların yaradılmasına da diqqət ayrılacaq.
O, “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” adlanan Hibrid Stansiyada bu ilin mayından elektrik enerjisi istehsalına başlanıldığını bildirib: "Bir neçə gün əvvəl 5 ayın yekununda ilk dəfə 1 milyon kilovat-saat elektrik enerjisi istehsal edərək respublikanın enerji paylayıcı sisteminə ötürülüb".
Qeyd edək ki, alternativ və bərpa olunan enerji resurslarının potensialının öyrənilməsi, elektron kadastrların hazırlanması və daimi dəqiqləşdirilməsi məqsədilə ölkə ərazisində 21 ədəd stasionar və səyyar ölçü müşahidə stansiyaları qurulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?