NATO-nun baş katibi Yens Stoltenberqi müşayət edən avtomobillərdən biri qəzaya uğrayıb.
İnsident Varşavada baş verib. Mətbuatın xəbərinə əsasən söhbət maşın karvanını müşayət edən polis avtomobilindən gedir. Verilən məlumata görə qəza nəticəsində heç bir hökumət maşınına ziyan dəyməyib. Varşava polisi bildirir ki, yol ayrıcında digər istiqamətdən gələn avtomobil polis maşınına çırpılıb. Zərbədən polis maşını piyadaların hərəkət etdiyi səkiyə çıxıb. Nəticədə 4 nəfər xəsarət alıb. Onlardan ikisi polis əməkdaşıdır. Digər avtomobilin sürücüsü və yoldan keçən piyada yaralanıb. Stoltenberqin olduğu maşın isə qəzada iştirak etməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?