GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abad ola bilməyən Sabirabad…

Abad ola bilməyən Sabirabad…

Tarix: 1-12-2014, 11:40 Bölmə :Ölkə Baxış: 0
Abad ola bilməyən Sabirabad…

Abad ola bilməyən Sabirabad…

Kür daşqınlarından hələ də özünə gələ bilməyən Aran rayonu məmur özbaşınalığı və korrupsiya girdabında boğulur.

Mərkəzi Aran rayonları içində Sabirabadın özünəməxsus yeri var. Kürlə Arazın qovşağında yerləşən, məhsuldar torpağı, bol günəşi və suyu, zəhmətkeş insanları ilə zəngin olan bu diyar həmişə öz bərəkəti və füsunkar gözəlliyi ilə diqqəti cəlb edib. Aparılan iqtisadi araşdırmalar göstərirdi ki, son illərə qədər ölkə üzrə bostan- tərəvəz məhsullarının 30- 33%-i məhz bu rayonun öhdəsinə düşürdü. Bu torpağın insanları zəhmətkeş, dürüst, halal olduqları qədər də öz haqlarını tələb etməyi bacaran fəal insanlar olublar. 1988- ci il xalq hərəkatında Sabirabad camaatı kifayət qədər fəallıq və Sovet hakimiyyətinə dirəniş göstəriblər…
Bütün bu müsbət nümunələrə rəğmən son 21 ilin acı rüzgarı Sabirabaddan da yan ötməyib. Regionların sosial- iqtisadi inkişafının yalnız kağız üzərində olması, Sovet dövründən qalma təsərrüfatların dağılması, kəndlilərin torpaqları əkib- becərməyə maddi imkanlarının, texniki dəstəyin olmaması adı çəkilən aqrar rayonun da ümumi vəziyyətinə xeyli mənfi təsir göstərib. Ölkəmizin digər rayonlarından fərqli olaraq Sabirabad rayonunun üzləşdiyi indiki acınacaqlı vəziyyətə düşməsinə təsir göstərən çox ciddi faktorlardan da biri 2010- cu ilin yazında baş vermiş Kür daşqınları oldu.

Kür daşqınlarının Sabirabada təsiri…

Məlum olduğu kimi 2010- cu il daşqınlarının episentri Sabirabad rayonu oldu. 4 il öncə baş vermiş fəlakətdən məhz ən çox zərər görən bölgə sözü gedən rayon oldu. Təsərrüfatlar dağıldı, əkin- biçin, örüş yerləri sel suları altında qaldı. Minlərlə ev uçdu, mal- qara tələf oldu, meyvə ağacları məhv oldu. Yer səthinə qalxan və uzun müddət çəkilməyən yer altı şoran sular xeyli ərazini yararsız hala saldı. 2 minə yaxın ev yerlə- yeksan oldu, 7 mindən çox evə ciddi ziyan dəydi. Yüzlərlə məktəb, inzibati bina, uşaq baxçası, məscid, istixanalar, yardımçı binalar və s. tikililər dağıldı. Onsuz da torpağı əkib- becərməyə imkanı olmayan insanların əlləri işdən soyudu, dağılmış təsərrüfatları bərpa etmək müşkülə çevrildi. Kür daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət başçısının 19 may 2010- cu il fərmanı, Nazirlər Kabinetinin 197 saylı sərəncamı ilə dövlət büdcəsindən üst- üstə 400 milyon manatdan artıq vəsait ayrıldı. Evlər tikildi, zərərçəkənlərə kompensasiya verildi. Amma problemlər bitmədi. Çünki verilən kompensasiyalar dəyən ziyana adekvat olmadı. Ayrılan vəsaitlərin əhəmiyyətli bir hissəsi korrupsiyaya ugradı. İnsanların əsas məşğuliyyəti olan torpaqların əkib becərilməsi, yeni istehsal müəssisələrinin yaradılması, dəyən ziyana adekvat olaraq dağılmış infrastrukturun bərpa olunması üçün lazımi və zəruri iqtisadi islahaltlar həyata keçirilmədi.

Təbiət şıltaqlığı, məmur harınlığı…

Sabirabad və sabirabadlılar son illərdə təkcə təbiətin şıltaqlığına məruz qalmadılar. Bölgənin və onun sakinlərinin rayona rəhbərlik edən məmurlar sarıdan da bəxtləri gətirmədi. Kür daşqınlarına qədər rayonda icra başçısı işləmiş Əbülfəz Ağayevin yarıtmaz, səhlənkar, korrupsioner fəaliyyətindən yerli sakinlər o qədər narazı olmuşdular ki, ondan şikayət etmək üçün hər ay yüzlərlə, minlərlə "yuxarılar”a məktublar göndərilirdi. Deyilənə görə Ə. Ağayev vəzifədən gedəndə rayonda xeyli adam bu gediş münasibəti ilə sevincindən qurban kəsib. Tamahkarlığı, rüşvətxorluğu, yarıtmaz fəaliyyəti ilə ad çıxaran Əbülfəz Ağayev Sabirabadı bərbad hala salmışdı. Kür daşqınları vaxtı rayonda icra başçısı olan Heydər Abbasov təbiətcə nisbətən sakit və mülayim adam idi. İnsanları dinləmək, hər kəslə öz dilində danışmağı bacaran şəxs idi. Kəndlinin ayağına gedib onunla bardaş qurub çay içmək, dərdləşə bilmək qədər sadəliyi var idi. Sabirabad RİH başçısı postunda gözü olan bəzi qüvvələr, eləcə də qəflətən baş vermiş, özü ilə çoxsaylı problemlər gətirən Kür daşqınları onu da süpürüb vəzifəsindən apardı. Heydər Abbasovdan sonra rayon İcra hakimiyyətinin başçısı təyin olunan Nazim İsmayılov isə yerli sakinlərə özündən əvvəl olmuş və sonra olacaq icra başçılarının atalarına rəhmət oxutudracaq münasibət göstərdi.

Nazim İsmayılov kimdir?
"Sabirabadın fironu", yoxsa "daş alverçisi"
Nazim İsmayılovun tərcümeyi- halına qısaca nəzər salaq; O 1952-ci il iyulun 24-də Göyçay
rayonunun Kürdşaban kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İxtisası istilik energetika mühəndisidir. 1983-cü ildən 1994-cü ilə qədər Göyçay rayonundan Milli Məclisə deputat "seçilib”. Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsinin direktoru, rayonun Partiya Komitəsinin Sənaye-Nəqliyyat şöbəsinin müdiri, rayon Xalq Nəzarəti Komitəsinin sədri, Göyçay rayonu Partiya Komitəsinin sədri, rayon Xalq Deputatları Sovetinin sədr müavini, Göyçay rayonu İcra Hakimiyyəti Başçının birinci müavini, Göyçay və Şamaxı rayonlarının İcra Hakimiyyəti başçısı vəzifələrində çalışıb. Sabirabad rayonunun əhalisi Kür daşqınları ilə üz-üzə qalanda onlara icra başçısının təbii fəlakətdən daha çox zülm etdiyini deyirdilər. Bu barədə mətbuata kifayət qədər şikayət məktubları ünvanlandı. Onu da bildirək ki, Sabirabaddakı qaynaqlar icra başçısı Nazim İsmayılovun rayonda sel daşqınlarının yaratdığı fəsadların aradan qaldırılması üçün ayrılan vəsaiti mənimsədiyini iddia edirlər. Yəni ayrılan pullar Nazim İsmayılovun məngənəsində ilişib qalıb.
Nazim İsmayılova Sabirabadda "daş alverçisi" də deyilir. Çünki onun şəxsi daş karxanaları var. Karxanasının məhsullarını satmaq üçün o, rayondakı binaları təzələyir. Təbii, təzələmə prosesində onun karxanasının məhsulları dövlət büdcəsindən ayrılan pullarla bazar qiymətindən baha "alınır”. Kür daşqınları zamanı, eləcə də prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitləri də daha çox, tikilməli olan evləri "bərpa-gücləndirmə” adıyla karxananın məhsuluna xərcləyib.
Rayonun mərkəzini "gözəlləşdirən” Nazim İsmayılov bütün binaların fasadlarının dəyişdirilməsini əmr edib. İlkin olaraq icra hakimiyyətinin binasına yeni daş üzlük vurulub. Yaxınlıqda olan bir neçə dövlət müəssisəsi də "restovrasiya” olunub. Bu isə ona ikitərəfli sərf edir. Həm büdcədən pul silir, həm də sildiyi pulu öz karxanasının hesabına köçürür.
Bütün bu söküntü-tikinti işlərinin heç birinin əhaliyə isti-soyuğu yoxdur. Hamı öz dərdinə çarə axtarır. Həftənin bazar ertəsi olan kimi "dərman” axtarışında olanlar icra hakimiyyətinin binası önünə toplaşır.

Sabirabadda anoloqsuz qəbul qaydası…
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov vətəndaşların qəbulu üçün yeni üsuldan istifadə edir. Belə ki, Sabirabadda dünyada analoqu olmayan bir addım atılıb, rayon icra başçısının qəbuluna gəlmək üçün hər həftənin cümə günü RİH-nə gəlib qeydiyyatdan keçməlisən. Yalnız bundan sonra növbəti həftənin bazar ertəsi İcra başçısının qəbuluna düşmək mümkündür (əgər o da mümkün olsa, yəni başçı rayonda iş yerində tapılsa və könlü səni qəbul etmək istəsə- red.).
İcra başçısı Nazim İsmayılovun bu qanunsuz hərəkətlərinə yerli sakinlər dəfələrlə öz etirazlarını bildiriblər. Etiraz edənlər içində yaşlı insanlar üstünlük təşkil edir.


Dəfələrlə olub ki, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov şikayətçiləri dinləmək əvəzinə, onları qəbul etməkdən imtina edərək, kobud davranıb vəsakinləri oradan qovdurub. Rayon sakini Sahib Rüstəmli "Deyerler.org”a bildirib ki, keçən iyul ayının 23-də səhər saatlarında Kür daşqınlarından əziyyət çəkən 100-dən çox Sabirabad rayonunun Bala Həşimxanlı, Qasımbəyli vəYuxarı Axtaçı kəndlərinin sakinləri rayonun icra hakimiyyətinin binası qarşısında aksiya keçiriblər.Zərərçəkmişlər daşqına görə dövlət tərəfindən verilən kompensasiyaların ədalətsiz bölgüsünə etiraz ediblər və bildiriblər ki,onların problemləri bu günə qədər hələdə həll olunmayıb.Lakin icra başçısı onları dinləməkdən imtina edərək polis gücünə ərazidən qovub.

"Kür qaçqınları”- nın şikayətləri Avropa Məhkəməsində

Yeri gəlmişkən qeyd edək ki, hal- hazırda Sabirabadda 2010- cu il Kür daşqınlarından əziyyət çəkən, problemləri həll olunmayan xeyli sayda insanlar var. Həmin insanlar dəfələrlə aidiyyatı qurumlara müraciət etəsələr də onların problemlərini həll edən tapılmır. İcra başçısı Nazim İsmayılov isə birmənalı şəkildə Kür daşqınlarından əziyyət çəkən insanları dinləmək belə istəmir."Arqumenti” də odur ki, bu fəlakət o icra başçısı təyin olunduqdan əvvəl baş verib (!?).Deyir mənə dəxli yoxdur, gedin əvvəlki başçıdan soruşun.Qəribə məntiqdir.Əlləri hər yerdən üzülən şikayətçilər məhkmələrə müraciət ediblər və 4 ilə yaxındır ki, bu insanlar məhkəmə yollarında qalıblar.Artıq onların bir çoxunun iddiası hazırda Avropa Məhkəməsinə hazırlanır.Halbu ki, Kür daşqınlarının təsirinə məruz qalmış insanların problemlərinin həlli üçün dövlət büdcəsindən fantastic həcmdə vəsaitlər ayrılmışdı.Amma təəssüf ki, bu vəsaitlər zərəçəkənlərin problemlərinin həlli üçün "yetərli olmadı”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aran bölgəsində zülmət

    Aran bölgəsində zülmət ...

    10-01-2013, 11:05

  • 
  • İcra hakimiyyətinin binasında şok biabırçılıq – VİDEOFAKT

    İcra hakimiyyətinin binasında şok biabırçılıq – ...

    14-07-2016, 02:39

  • 
  • Yeni iqtisadi rayonlaşma: uzaqgörən iqtisadi və siyasi planın tərkib hissəsi - TƏHLİL

    Yeni iqtisadi rayonlaşma: uzaqgörən iqtisadi və ...

    8-07-2021, 11:22

  • 
  • "Papanın gül balaları" ilə zəhmətkeş insan arasında 15 fərq

    "Papanın gül balaları" ilə zəhmətkeş ...

    29-06-2016, 16:00

  • 
  • Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İYRƏNC ÜSUL

    Cinsi əlaqədə ola bilməyən Adnan Oktar ...

    20-07-2018, 13:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu