Bayram günlərində ölkənin Mərkəzi Aran rayonlarında elektrik enerjisi problemi ciddi şəkildə özünü göstərməyə başlayıb. Onsuzda dərin olan bu problem bir qədər də dərinləşərək bu region əhalisinin bayramını sözün bütün mənalarında qara gətirib. Rayondan redaksiyamıza daxil olan məlumata əsasən Sabirabad rayonunda elektrik enerjisinin verilməsi ilə bağlı olaraq saatlarla fasilələr yaranıb. Əhali İmişli Regional Elektrik Şəbəkəsi (REŞ) MMC-yə müraciət etsə də onların şikayətlərinə baxan olmayıb. Qaranlıqda qalan sakinlər idarənin rəisi Rövşən Rəsulova müraciət etsələr də o işçilərin yanvarın 8-ə qədər istirahətdə olduqlarını deyib və heç kimi işə qaytara bilməyəjyini bildirib. Sabirabad rayonun Həsənli kəndində 100-dən çox evin elektrik enerjisini təmin edən transfarmator yararsız hala düşdüyündən yanvarın 3-dən bu günə qədər İmişli RES-dən heç kim insanların şikayətlərini dinləməyib. Sakinlər bildirirlər ki, onlar rayonun işıq idarəsinə müraçiət etəsələr də də heç kim onlara kömək etməyib. İmişli RES-in rəisi Rövşən Rəsulov isə sözünün işçilərə keçmədiyini etiraf edərək heç kimi bayram günləri işə qaytara bilməyəçəyini deyib. Lakin saytımızın apardığı araşdırmalar zamanı məlum olub ki, «Azərenerji» bayram günlərindlə əhaliyə fasiləlsiz elektrik enerjisi vermək üçün güçləndirilmiş iş rejiminə keçib. Hətta aldığımız məlumatlara əsasən bayram günləri qəzaların operativ olaraq aradan qaldırılması məqsədilə illik büdcədən əlavə vəsait də ayrılıb. Görünür Rövşən Rəsulov ona müraciət edən sıravi sakinləri «bayramdır, qalın qaranlıqda» deyərək aldadıb və faktiki olaraq fövqəladə hallar üçün nəzərdə tutulan əlavə vəsaitləri bu şəkildə «silir». Mövzu ilə bağlı olaraq araşdırmalarımız davam edəcək. Sabirabad Elektrik Paylayıcı Şəbəkələr İdarəsində kimlərin rejional idarələrə tabe olmadıqları, yerli əhaliyə qarşı edilən amansız rəftarla bağlı yazılarımız davam edəcək.
Sorğu
Yeni dizaynımız necədir?