Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin İmişli rayon stansiyasının rəisi Nizami Məmmədov vəzifəsindən azad edilib.
Bu haqda Avropa.info-ya Azərbaycan Dövlət Dəmir Yolları QSC-dən məlumat daxil olub. Mənbənin dediyinə görə, Nizami Məmmədovun işindən azad olunmasına səbəb, onun dayısı, Nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı, Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin Xırdalan stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin İmişli rayon Dəmiryolu Stansiyasının ərazisini qum bazarına çevirməsi faktının mediada yayılması olub.
Qeyd edək ki, Noyabr ayının 22-də Avropa.info saytı İmişli Rayon Dəmiryolu Stansiyasının rəisi Nizami Məmmədovun dövlət müəssəsinin ərazisini dayısının qum bazarına çevirməsinə dair fotolar yaymışdı. Məhz bundan sonra, noyabrın 26-da Nizami Məmmədov İmişli Rayon Dəmiryolu Stansiyasının rəisi vəzifəsindən azad edilib. Noyabrın 30-da isə İmran Atakişiyev İmişli Rayon Dəmiryolu Stansiyasının rəisi vəzifəsinə təyin olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?