GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hökumət Mingəçevirin müdafiəsini niyə gücləndirir?

Hökumət Mingəçevirin müdafiəsini niyə gücləndirir?

Tarix: 3-12-2014, 01:18 Bölmə :Ölkə Baxış: 0
Hökumət Mingəçevirin müdafiəsini niyə gücləndirir?

“İşıqlar şəhərində” keçirilən müşavirənin qaranlıq məqamları; SES-də keçirilən müşavirə zəlzələ, yoxsa müharibə hazırlıqları ilə bağlıdır?; türkiyəli alimlərin qorxulu zəlzələ xəbərdarlığından sonra hökumət hərəkətə keçib; müharibə başlayarsa, bu şəhər həm arxa cəbhə Bakı, həm də ön cəbhə üçün ən mühüm strateji rol oynayacaq

Azərbaycan ərazisində son zamanlar seysmsik aktivliyin artması müşahidə olunmaqdadır. Ötən həftə isə türkiyəli alimlər 2015-ci ildə dəhşətli zəlzələ proqnozları verməklə, bu mövzunu yenidən gündəmə gətirdilər. İstanbul Texniki Universitetinin professoru, tanınmış geofizik-alim Ahmet Ercan bildirib ki, 2015-ci ildə Türkiyədə və qonşu ölkələrdə çox güclü yeraltı təkanlar ola bilər.

Alim yaxın ölkələrdə də aktiv zəlzələ zonalarında gərginlik müşahidə olunduğunu desə də, beynəlxalq narazılıq yaranmasın deyə konkret ölkə adları çəkməyib. Ahmet Ercan müvafiq orqanlara məlumat verib ki, ölkə ərazisindəki tikililərin möhkəmliyi yenidən yoxlanılmalıdır. Qeyd edək ki, Türkiyə kimi Azərbaycan da aktiv zəlzələ zolağında yerləşir və alimin “adını çəkmədiyi ölkələr” sırasında var.

Bu təhlükəli xəbərdarlıqdan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə aktiv zəlzələ ocaqlarının yerləşdiyi Mingəçevir Su Elektrik Stansiyasında (SES) müşavirə keçirməsi diqqət çəkib. Mümkündür ki, bu müşavirənin keçirilməsinin türkiyəli alimin xəbərdarlığı ilə eyni vaxta düşməsi sırf təsadüfdür. Amma nəzərə alsaq ki, Mingəçevir su anbarı da Azərbaycanın aktiv seymik zonasına düşür və yerli mütəxəssislər də dəfələrlə bu təhlükə barədə xəbərdarlıq ediblər, o halda hakimiyyətin hərəkətə keçməsi, zəlzələlərin öyrənilməsi sahəsində dünyada ciddi tərəfdaş olan yaponiyalı mütəxəssislərin də bu işə cəlb edilməsi təsadüfi ola bilməz.

Mil, Muğan, Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda əhalinin elektrik enerjisi ilə təminatında xüsusi rolu olan Mingəçevir su anbarı çoxdandır ki, aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları yerləşdiyindən hövzədə suyun miqdarı artdıqca, onun seysmik fəallığının da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarını ciddi təhlükə mənbəyi hesab etmək olar. Ən təhlükəli məsələ odur ki, su anbarında baş verə biləcək hər hansı hadisə ölkənin böyük ərazisinin su altında qalmasına səbəb ola bilər. Mütəxəssislər iddia edir ki, əgər su anbarında su müəyyən edilmiş 86 metr həddən artıq olsa, çoxdan güclü olmayan yeraltı təkanlar Azərbaycana dəhşətli fəlakət gətirə bilər. Ələtdən Lənkəranacan böyük bir ərazi su altında qalmaq təhlükəsi ilə üzləşər...

Bəzi məlumatlara görə, 2010-cu il daşqınlarından sonra Mingəçevir su anbarında sızmalar müşahidə edilib. Bu ilin yaz və payız aylarında xüsusilə Gürcüstanda havaların yağmurlu keçməsi də Kürdə sululuğu artıra bilər ki, bunun da anbardakı suyun həcminə təsir göstərməsi mümkündür.

Mingəçevir SES-in təhlükəsizliyi prezidentin 2011-ci ilin fevralda imzaladığı fərmana əsasən FHN-in nəzdində yaradılmış Su Ehtiyatları Dövlət Agentliyinə tapşırılıb. Su Ehtiyatları Dövlət Agentliyinə digər dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin etmək, ölkədə qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparmaq da həvalə edilib.

Məlumata görə, nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunub, Yaponiyanın “OYO” şirkətinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilib.

Müşavirə haqda bilgili mənbə deyib ki, nazir şəhərdə Mingəçevir İcra Hakimiyyətinə SES-ə təhlükə törədə biləcək karxanaların fəaliyyəti haqda da ciddi xəbərdarlıq edib. Mütəxəssislər iddia edir ki, şəhərətrafı karxanaların fəaliyyəti Mingəçevirin torpaq qatlarının boşaldılmasına rəvac verib ki, bu da mümkün zəlzələlər zamanı çox təhlükəli fəsadlar törədə bilər.

Qeyd edək ki, Yaponiyanın "OYO" şirkəti Azərbaycanda təkcə seysmoloji vəziyyəti deyil, palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində hökumətlə əməkdaşlıq edir.

***
Hökumətin Mingəçevir SES-lə bağlı narahatlığının başqa bir səbəbi isə Ermənistan rəhbərliyinin təhdidləri ola bilər. Bu ilin avqust-sentyabr aylarında cəbhə xəttində gərginlik artanda Ermənistanın müdafiə naziri hökumətinin iclası zamanı demişdi ki, Azərbaycan tərəfi ermənilərin Mingəçevir SES-ə hücum etməyindən çox qorxur. Əslində bu, erməni rəsmilərinin Mingəçevir SES-lə bağlı ilk belə təhdidi deyil. Bundan qabaq da düşmən ölkə Azərbaycanı SES-i partlatmaqla hədələyib. Azərbaycan Müdafiə Nazirliyi bu təhdidə “raketlərimiz İrəvan şəhərini belə yerlə-yeksan etmək əmrini icra etməyə hazırdır” kimi bəyanatla cavab versə də, hökumət təhlükəsizlik tədbirlərini daha da gücləndirib. Mingəçevir SES-in təhlükəsizliyinin kənar müdaxilələrdən qorunması üçün mükəmməl təhlükəsizlik sistemi qurulub. Bu təhlükəsizlik sistemi stansiyanın perimetrini, su bəndini və xüsusi əhəmiyyətli üç mühəndis qurğusunu kənar müdaxilələrdən qoruyur. Stansiyaya mükəmməl təhlükəsizlik cihazlarına malik dörd nəzarət-buraxılış məntəqəsindən girmək mümkündür. Bütün postlar və nəzarət binası texnologiyanın son nailiyyətləri olan təhlükəsizlik sistemləri ilə təchiz edilib.

SES-in perimetri boyunca 4350 metr xəbəredici və 3950 metr əsas elektron qoruyucu çəpər çəkilib. Çəpər boyunca hər 50 metrdən bir qurulan dayaqlarda 240 statik videokamera vasitəsilə perimetrə nəzarət olunur. Həmin dayaqlarda 55 səsləndirmə sisteminin səsucaldanları quraşdırılmışdır ki, bunların köməyi ilə əraziyə xəbərdarlıq və ya həyəcan anonsları verilir.

Məlumatlara görə, SES-ə ermənilərin yer hücumu təşkil etməsi qeyri-mümkündür. Çünki obyekt çox böyükdür və buna diversiya etmək texniki baxımdan da ermənilərin gücündə deyil. Amma bu ilin dövlət büdcəsində müdafiə xərclərinin ötən iki illə müqayisədə yenidən artırılmasını Azərbaycanın müharibə hazırlıqları kimi izah edənlər də var. Aydındır ki, müharibə başlayarsa, düşmən ölkə ilk növbədə Azərbaycanın strateji obyektlərini hədəf ala bilər ki, bu sırada Mingəçevir SES əsas hədəflər arasındadır. İkinci tərəfdən, Mingəçevir Tərtər istiqamətindən cəbhə bölgəsinə çox yaxındır. Əgər müharibə başlayarsa, bu şəhər (hazırda ölkə enerjisinin təxminən 70 faizini bu SES təmin edir) həm arxa cəbhə Bakı, həm də ön cəbhə üçün ən mühüm strateji rol oynayacaq. Bu baxımdan da həm SES-in, həm də şəhərin təhlükəsizliyinin gücləndirilməsi həyati əhəmiyyət kəsb edir. İstisna deyil ki, SES-də bu cür müşavirənin keçirilməsi də müharibə hazırlıqları çərçivəsində aparılır.

İddialarla bağlı gün ərzində rəsmi mövqe öyrənmək cəhdlərimiz alınmadı. Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə zəlzələ oldu

    Türkiyədə zəlzələ oldu ...

    23-08-2015, 11:13

  • 
  • Türkiyədə zəlzələ oldu

    Türkiyədə zəlzələ oldu ...

    23-08-2015, 11:13

  • 
  • Türkiyədə yenidən zəlzələ oldu

    Türkiyədə yenidən zəlzələ oldu ...

    7-04-2018, 06:17

  • 
  • Çilidə güclü zəlzələ

    Çilidə güclü zəlzələ ...

    6-10-2015, 12:58

  • 
  • Gəncədə zəlzələ olub

    Gəncədə zəlzələ olub ...

    2-07-2015, 18:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu