Türkiyə Adana vilayətinin Kozan rayonunda zəlzələ baş verib. ANS PRESS-in Türkiyə Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəsinə (AFAD) istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla səhər saat 04.57-də (Bakı vaxtıyla 06.57) qeydə alınıb. Zəlzələnin şiddəti 4 bal gücündə, episentri Kozan rayonu olub. Yerin 10.8 km dərinliyində baş vermiş zəlzələdə insan tələfatı və dağıntı qeydə alınmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?