GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəlilabadda əmlak qanunsuzluğu

Cəlilabadda əmlak qanunsuzluğu

Tarix: 27-01-2013, 11:49 Bölmə :Ölkə Baxış: 976
Cəlilabadda əmlak qanunsuzluğu

Vətəndaşın özünün iştirakı olmadan onlara məxsus evi
hərraca qoyaraq 3 qat aşağı qiymətə satışa çıxarılmışdır


Cəlilabad şəhəri, Tomrus küçəsi, ev 17 ünvanında yaşayan Adıgözəlova Gülşən Məktub qızı redaksiyamıza məktub göndərib. Şikayətçinin sözlərinə görə “Əmlak İstisaslaşdırılmış Hərrac Mərkəzi” adlı qondarma Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) vətəndaşın özünün iştirakı olmadan onlara məxsus evi hərraca qoyaraq 3 qat aşağı qiymətə satışa çıxarmışdır.
G. Adıgözəlova sözügedən sənədin surətini də bizə göndərmişdir. Bu sənəd bir daha göstərir ki, Azərbaycanda hansı oyunlar gedir, əhalinin başına nə müsibətlər gətirirlər, zor-xoş evini əlindən alıb sahiblənmək istəyənlər kimlərdir. 9 nəfər adamın, ailə-uşağın qeydiyyatda olduğu dədə-baba evi onlardan xəbərsiz hansısa küçədənkeçmə bir MMC tərəfindən hərraca çıxarılır, heç birinin qolu-imzası olmadan guya satılır. Məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq:
“Bu saxta kağız ilə bizə psixoloji təsir göstərmək istəyirlər ki evimizdən xoşluqla əl çəkək, çünki Unibankda evimiz girovdadır, bu bank bizə 50 faizlik (!) kredit verib, reketsayağı sayğac qoşaraq ödədiyimiz pulları da faizə çıxıb. Unibank adlı ASC çalışır ki, 75 min qiyməti olan evimizi 26700 qiymətilə öz ixtiyarına keçsin. Yüzlərlə evi “Unibank” bu yollarla ələ keçirdib, heç bir qanuni əsası olmadan kimsəsiz-adamsız ailələri küçəyə töküb.
25 yanvar 2013-cü il tarixdə qondarma protokolu isə araşdırmaq üçün sizə poçtla və ərizəmlə göndərirəm. Xahiş edirəm ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC-nın Hərracın yekunları barədə saxta Y-875 nömrəli protokolunu araşdırın. Niyə görə qanunsuz olaraq bu MMC bizim iştirakımız olmadan hərrac keçirib? “Unibank”ın nümayəndələri yalandan deyəcək ki, guya bizə çağırış vərəqəsi göndərilib, guya biz, yəni o evdə pasport qeydiyyatında olan vətəndaşlar gəlməmişik. Amma hamısı yalandır.
Qanunla 3 dəfə çağırış vərəqəsi göndərilməliydi, əgər gəlməsəydik hansısa tədbiri keçirmək olardı. Gətirsinlər, poçt kağızlarını göstərsinlər, hara biz qol çəkmişik. Bu adamlar elə özlərinə arxayındırlar ki, hətta çağırış vərəqələrini də saxtalaşdıra bilərlər. Amma bir iş var ki, orda bizim imzalarımızı saxtalaşdıra bilməzlər. Hərrac guya 14 may 2012-ci il, saat 11-də keçirilib, amma necə olur ki, biz o hərracın yekunları barədə 2013-cü ilin 14 yanvarında xəbər tuturuq? Çox qəribədir. Əslində isə 14 may 2012-ci ildə heç bir hərrac-zad keçirilməyib, sadəcə Unibank bizim onlarda girov olan evimizi ələ keçirə bilmədiyini görüb bu cür ucuz yola əl atıb. Onlar bilməlidirlər ki, biz öz evimizdən əl çəkməyəcəyik, dəbə-baba evimizi onlara vermək fikrimiz yoxdur, bizi başqaları ilə qarışdırmasınlar. Əgər dövlət orqanlarını pulla almaqlarını düşünürlərsə, xarici dövlətlərə müraciət edəcəyik, daha adekvat addımlara gedəcəyik. Təəssüf edirik ki, Suraxanı rayon Məhkəməsinin İcra Şöbəsi onlara dəstək olur. Suraxanı rayon Məhkəməsinin İcra şöbəsinin nə haqla, hansı əsasla bu protokolda adı hallandırılıb? Sadəcə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC Unibank ASC-nin öz qondarma bufer zonasıdır, bu təşkilatın saxta kağızları ilə vətəndaşların onlarla evini əlindən alıblar. Bu cür çirkin oyunlara son qoymaq lazımdır.
M.Müşfiq küçəsi, №2A ünvanda yerləşən həmin MMC-nin fəaliyyəti araşdırılmalıdır. Sizə göndərilən bu sənədlərdə heç bir dövlət idarəsinin möhürü, peçatı yoxdur. Hamısı MMC, ASC kimi xırda QHT peçatlarıdır. Məgər Dövlət orqanlarının möhürü olmadan hansısa vətəndaşın evi əlindən alına bilərmi? Azərbaycanin yarısı özünə QHT açıb, onda gərək hərə əlinə bir peçat götürüb xalqın mal-mülkünün müsadirəsinə başlasın. Orta əstlərdə qaçaq-quldurlar tüfəng-bıçaqla əhalinin malını əlindən alırdı, indiki zəmanədə isə Unibank kimi ASC-lər öz peçatları ilə xalq qorxuzub malını mənimsəyirlər. Ayıbdır, belə hallar ancaq Azərbaycanda baş verə bilər. Oyuncaq qurumlar əlbir olub xalqa min cür kombinasiyalar qurur, belə neqativ hallara qarşı reaksiya vermək lazımdır. Bizə tələb edirik ki, dövlət sələmçi başkəsənləri yox, bizi müdafiə etsin.
“Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC M.Müşfiq küçəsi, №2A ünvanda yerləşir. Bu MMC vasitəsilə Unibank çoxlu evləri qanunsuz olaraq ələ keçirib. Unibank-ın Problemli Məsələlər üzrə Şöbəsinin işçilərinin hərəsinin 10-a yaxın evi və maşını var. Xahiş edirəm ki, Milli Təhlükəsizlik Nazirliyi bu məsələni araşdırsın. Kütləvi şəkildə xalqın evlərini əlindən almaqla məşğuldurlar, niyə bu genosidi dayandırmırsınız? Rusların, Sovetlərin bizə verdiyi evlər Amerikan bankçılığı tərəfindən yenidən əlimizdən alınır. Azərbaycan tarixinin ən qara səhifələri yazılır, xalq qara günlər yaşayır. 75 min qiyməti olan ev necə 26 minə adamın əlindən alına bilər?
Xahiş edirik ki, Hüquq-mühafizə orqanları sənədə hüquqi qiymət versinlər. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC kimdir ki, hərrac keçirsin və vətəndaşın iştirakı olmadan evini tutub əlindən alsın? Hansı qanunvericilikdə bu yazılıb? Dövlət qanunları bəyəm bunlarçün deyil? Öz aləmlərində yaşayırlar, amma başa düşmürlər ki, pul hər şeyi həll etmir. Bu sənədi xahiş edirik araşdırın, niyə evdə 9 nəfər vətəndaş yaşaya-yaşaya, heç birinin iştirakı, razılığı, imzası olmadan 75 minlik ev hərraca çıxarılır, 26 minə satılır? Sonra da bu sənədi gözümüzə soxub deyirlər ki, vəssalam, ev artıq bizimdir! Azərbaycan Qanunvericiliyinə görə, vətəndaşın özü olmaya-olmaya onun evi hərraca çıxarıla bilməz. Xahiş edirik ki, cinayət işi açılsın və MMC M.Müşfiq küçəsi, №2A ünvanla yerləşən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC-nin bu və digər saxta əməlləri araşdırılsın.”
Elçin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşhur model hərraca çıxarılır - Fotosessiya

    Məşhur model hərraca çıxarılır - Fotosessiya ...

    8-09-2013, 21:00

  • 
  • Əmlak Komitəsi “obyekt paylayır”

    Əmlak Komitəsi “obyekt paylayır” ...

    28-12-2012, 12:10

  • 
  • Bakıda helikopter satılır: kimlər alacaq?

    Bakıda helikopter satılır: kimlər alacaq? ...

    28-10-2014, 11:44

  • 
  • YENİ NAZİRİN MƏKTƏBLİ FORMASI MAXİNASİYASI

    YENİ NAZİRİN MƏKTƏBLİ FORMASI MAXİNASİYASI ...

    4-09-2013, 15:43

  • 
  • Həbs olunan şair oğlunun əmlakı hərraca çıxarılır - HÖKM

    Həbs olunan şair oğlunun əmlakı hərraca çıxarılır ...

    23-11-2013, 15:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu