Bu gün Bərdədə yandırılan polis işçisinin görüntüləri yayılıb.
Videodan da göründüyü kimi, Bərdə Rayon Yol Polis Bölməsinin əməkdaşı Aqil Quliyev rayonun Üzeyir Hacıbəyli küçəsində xidmətdə olarkən VAZ 2106 markalı avtomobil svetoforun qırmızı işığında keçib.
Hər şey də elə bundan sonra baş verib. Polislər maşını cərimə meydançasına aparmaq istəyərkən sürücü qaçıb.
O, öz maşınının arxasınca digər avtomobillə gəlib. Bu zaman sürücü polisin üzərinə benzin ataraq, alışdırıb. Aqil Quliyev ikinci dərəcəli yanıq xəsarəti alıb.
Sorğu
Yeni dizaynımız necədir?