APA-nın bölgə müxbirinin məlumatına görə, hadisə Bərdə-Ağdam yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qurdlar kənd sakini Vüsal Abbasov idarə etdiyi VAZ-21011 avtomobili idarəetməni itirərək yolun kənarındakı yol nişanını aşırıb və ağaca çırpılıb. Nəticədə avtomobil aşıb. Əzilmiş avtomobildən sıxılmış vəziyyətdə qalan V. Abbasovu yolun kənarında satışla məşğul olan insanlar çıxarıblar.
Hadisə şahidləri Təcili Tibbi Yardıma zəng edərək qəza barədə xəbər veriblər. Bərdə Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ müxbirinə verilən məlumata görə, bud nahiyəsindən xəsarət alan V. Abbasovun həyatı təhlükəsi yoxdur. Ona lazımi tibbi yardım göstərilib.
Bərdə rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları sürücünün avtomobildə tək olduğunu bildiriblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?