Bu gün saat 15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 130-cu kilometrliyində, Muğanlı kəndi ərazisində bir-birinin ardınca ağır qəzalar baş verib.
gundemxeber.az Axar.az-a istinadən xəbər verir ki, hər şey "Mersedes" markalı avtomobilin buzlu yolda sürüşüb ağaca dəyməsi ilə başlayıb. Belə ki, Muğanlı ərazisində havanın kəskin pis, yolun isə sürüşkən olması səbəbindən idarəetməni itirən "Mersedes" markalı avtomobil sürüşərək ağaca çırpılıb.
Hadisə yerinə kənd sakinləri və sürücülər yığışıb. Bu zaman Hacıbaba Osmanovun idarə etdiyi “Kamaz” markalı 10 MU 387 dövlət nömrə nişanlı yük maşını hadisə yerinə yaxınlaşarkən idarəetmədən çıxıb və Muğanlı kənd sakini Azər Hacıyevin VAZ-2106 markalı 02 BB 512 dövlət nömrə nişanlı avtomobilini vurub. Zərbənin təsirindən A.Hacıyevin avtomobili də hadisə yerində dayanmış, Şamaxı rayonunun Şərədil kənd sakini olan Əlibəy Səfərova məxsus VAZ-2106 markalı, 10 CE 292 dövlət nömrə nişanlı maşına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan A.Hacıyev Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Bunun ardınca isə daha bir qəza baş verib: Ağsu rayon Muradlı kənd sakini Qalib Manafov VAZ-21074 markalı 10 KN 211 dövlət nömrə nişanlı avtomobili ilə yenə həmin ərazidə idarəetməni itirib və buz üstündə sürüşən maşın qəza ərazisində dayanmış piyadaların üstünə çıxıb. Qəza zamanı Muğanlı kənd sakinləri Samir Soltanov və Amin Mirzəyev xəsarət alıblar və hər iki piyada Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qəza yerinə toplaşan əhali baş verənlərin günahkarı kimi “Kamaz” markalı yük maşınının sürücüsü Hacıbaba Osmanovu döyərək, onu da xəstəxanalıq ediblər.
Sorğu
Yeni dizaynımız necədir?