Bu gün saat 16:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qazangül qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
gundemxeber.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəki rayon sakini Mayis Sadiqov idarə etdiyi "Mersedes" markalı 10 UE 011 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayon Qımır kənd sakini, 1991-ci il təvəllüdlü İntiqam Allahverdi oğlu Bəkirovun idarə etdiyi "VAZ 21 06" markalı 62 BX 076 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə "VAZ 2106" markalı avtomobildəki sərnişin Zaqatala rayon, Qazangül qəsəbə sakini, 83 yaşlı Pərixan Hacıyeva aldığı ağır xəsarətlə hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü İntiqam Bəkirov və digər sərnişinlər, Qazangül qəsəbə sakinləri, 1976-cı il təvəllüdlü Sevil Aslan qızı Hacıyeva, 1996-ci il təvəllüdlü Zöhrə Nəzir qızı Hacıyeva və 2003- cü il təvəllüdlü Abdurrahman Nəzir oğlu Hacıyev, "Mersedes" markalı avtomobildə olan sərnişinlər, Şəki rayon sakinləri, 1964-cu il təvəllüdlü Mədinə Abdulla qızı Mustafayeva və 1993-cü il təvəllüdlü Gülnar Mayis qızı Sadiqova isə aldıqları müxtəlif bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.
Qeyd edək ki, "VAZ 2106" markalı avtomobildə vəfat edən və yaralananlar bir ailənin üzvləridir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?