Bakının küçələrində parkinq avtomatlarının quraşdırılması tıxac problemini gözlənilən qədər həll etmədi. Hətta daha da pis oldu. Parkomatlar quraşdırılarkən ödənişlərin şəhər büdcəsinə gedəcəyini düşünənlər də yanıldılar. Çünki pullar hələ də büdcəyə yox, ciblərə gedir. Adətən maşını haradasa saxlayan paytaxt sakinləri aparata ödənişi özləri etmirlər. Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi təyinatlı avtonəqliyyat idarəsinin (XTAİ) ərazidə çalışan əməkdaşına pul verirlər ki, ödəniş etsinlər. Onlar da öz növbəsində parkomata simvolik məbləğ daxil edərək əsas məbləği özlərinə götürürlər. gundemxeber.az milli.az-a istinadən məlumatına görə, bu gün Bakının küçələrindən birində maşınını park edən Cahangir Həsənli adlı Facebook istifadəçisi nəzarətçiyə 1 manat pul ödəyib. Parkinq xidmətçisi isə bir manatın yalnız 10 qəpiyini aparata keçirib. Qalan 90 qəpik dövlətə yox, cibə gedib. Bu cür halların gün ərzində paytaxtda dəfələrlə təkrarlandığını nəzərə alsaq, görərik ki, hər gün minlərlə manat pul dövlətin büdcəsindən yayınır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?