GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abutalıbovun milyonluq parkomat biznesi niyə əlindən alındı? - Gedişi yaxınlaşır?

Abutalıbovun milyonluq parkomat biznesi niyə əlindən alındı? - Gedişi yaxınlaşır?

Tarix: 14-04-2018, 14:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 344
Abutalıbovun milyonluq parkomat biznesi niyə əlindən alındı? - Gedişi yaxınlaşır?


Bakının hər künc-bucağında bir parkomat yerləşdirib avtomobil saxlanmasını pullu etmişdilər.

Və bu pullar hara axırdı, kimlərin cibinə gedirdi, hansı parkomatlar qeydiyyata alınmışdı, hansılar qanunsuz olaraq quraşdırılmışdı, onların idxal olunub gətirilməsinə büdcədən nə qədər maliyyə xərclənmişdi, bu sistemə nəzarət mexanizmi necəydi – bu sualların heç birinə cavab verilmirdi.

Buyurun, gün gəldi, şəhərdə həmin parkomatların “erası” bitdi, fəaliyyəti dayandırıldı, əvəzində təzə cihazlar “zühur” elədi.

15 dəqiqə ödənişsizdir, amma…

İndi sınaqçıların hərəsinin əlinə bir elektron cihaz verilib, deyilib ki, daha hansı avtomobil dayanacaqda saxlasa, dərhal pulunu alın, qəbzini verin. Ancaq 15 dəqiqə maşın saxlanması ödənişsizdir.

Halbuki, müşahidələrimiz deməyə əsas verir ki, parkomatlarda işləyənlər bu müddəaya əməl etmirlər: sürücü avtomobildən düşər-düşməz cihazdan qəbzi çıxarıb uzadırlar.

Bəs, nə oldu ki, parkomatlar lazımsızlaşdı, onların işi dayandırıldı? Bu pullar hara getdi? – təbii ki, vaxtilə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dayanacaqlardakı monitorların pulunu mənimsədiyi kimi, Bakının icra başçısı Hacıbala Abutalıbov da parkomatların maliyyəsini həzm-rabedən keçirdi.

Fransadan gətirilmiş xüsusi parkomatları indi Bakının demək olar ki, əksər mərkəzi küçələrində görmək mümkündür. Ancaq daha işləmirlər.

Təzə cihazları əlində tutub dayanacaqlarda gözləyən sınaqçılar isə deyirlər ki, parkomatlar daha asan idi.

Çünki çox zaman sürücülər özləri aparatlara yaxınlaşıb ödəniş edirdilər. Bu cihazlar isə tələb edir ki, işçilər özləri ödəniş edib, qəbz versinlər.

Sonra məlumat elektron mərkəzə ünvanlanır və yer pulu verməyən sürücü dərhal cərimələnir. Görünür ki, parkomatlara nəzarət etmək mümkün olmurdu və gəliri az imiş.

Hadı Rəcəblinin anonsu

Sınaqçılarla söhbətimizdə öyrənirik ki, parkomatların ləğvindən sonra bu sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinə veriləcək.

Vaxtilə deputat Hadı Rəcəbli də bunu elan etmişdi. Belə aydın olur ki, parkomatların ləğvi ilə bu biznes H.Abutalıbovdan alınır. Çünki gəlirlər onun şəxsinə xidmət edirmiş.

2 aprel 2018-ci il fərmanına əsasən isə Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir.

Yada salaq ki, prezident İlham Əliyevin 2012-ci ildə Nazirlər Kabinetinin iclasında Bakıda yol kənarında avtomobillərin saxlanılması və böyük parkinqlər tikilənədək bu məsələnin tənzimlənməsi barədə göstərişi Bakı meri üçün yeni qazanc yerinə çevrilmişdi.

Prezidentin bu iradından sonra Abutalıbov özünə yeni biznes yaratmağa başladı. Belə ki, müəyyən olunmuş ərazilərdə parkomatlar quraşdırıldı və sürücülərə burada maşın saxlamağa icazə verilmişdi.

Həsən Abdullayevin gediş sirri…

Ardınca şəhərin küçə və prospektlərində, parkların və metro çıxışlarının ətrafında və digər ərazilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qanunsuz yaradılmış duracaqlar ləğv edildi.

Əvəzində nəqliyyatın hərəkətinə maneçilik törətməyən ərazilər hesab edilən yerlərdə yeni duracaqların yaradılması işinə başlanıldı.

Belə duracaqlarda ödənişlərin elektron formada həyata keçirilməsi üçün ilkin olaraq Fransadan müasir tipli 1000 aparat-parkomat gətirildi və 5 ay ərzində onların 500-ü müəyyən edilmiş müvəqqəti duracaqlarda quraşdırılıb sürücülərin ixtiyarına verildi.

İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət illərdir ki, 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Yığılan pulların isə kimin cibinə getdiyi sirr deyil…

Onu da deyək ki, uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və “Azəravtoyol” ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırmışdı.

Bununla bağlı şikayətlərin sayı artdığı üçün Abutalıbov Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevi işdən kənarlaşdırmalı oldu.

Bu sahədəki xaos və nəzarətsizliyin saxlanmasında məhz Abutalıbovun maraqları var. Şəhərdə hansı parkomatların qanuni və qanunsuz olduğu bilinmir.

Nəticədə qeyri-rəsmi şəkildə milyonların əldə olunması üçün əlverişli şərait yaranır. Buna görə də nə bir təftiş var, nə də nəzarət sistemi. Üstəlik, vergidən ciddi şəkildə yayınma halları da var.

Abutalıbovun parkomat biznesindən gələn pullar haqda nə bir hesabat verir, nə də vəsaitin büdcəyə yönəlib-yönəlmədiyi mexanizmi açıqlanmır./azfakt
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qırmızıyaylıq kişilərin parkomat kələyi — Foto

    Qırmızıyaylıq kişilərin parkomat kələyi — Foto ...

    4-12-2014, 22:58

  • 
  • Hacıbala Abutalıbov "parkomat nəzarətçisi" ştatını ləğv etdirir - (Foto)

    Hacıbala Abutalıbov "parkomat ...

    15-11-2014, 11:48

  • 
  • Parkomatlar yığışdırılır

    Parkomatlar yığışdırılır ...

    26-11-2014, 14:31

  • 
  • Avtovağzalda sürücüləri soymaq bitdi: bəs “Sədərək” və “Binə”də? – Reportaj

    Avtovağzalda sürücüləri soymaq bitdi: bəs ...

    13-11-2017, 20:00

  • 
  • Türkiyədə dayanacaqda güclü yanğın: 70-ə yaxın maşın yandı

    Türkiyədə dayanacaqda güclü yanğın: 70-ə yaxın ...

    16-06-2016, 23:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (413)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu