Azərbaycan həbsxanalarından birində dəhşətli hadisə baş verib. Azərbaycanda həbsdə olan məşhur "qanuni oğru” "Loti Quli” ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir "qanuni oğru”ya – "Zayka”ya inanılmaz işgəncələr veriblər. Buna səbəb isə "Zayka”nın (Zaur Əliyev) azadlıqda olarkən "Lotu Quli” haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətməsi olub.
"Qanuni oğru"ya işgəncə verildi -Kriminalların yeni müharibəsiQeyd edək ki, Zaur Əliyev bu il noyabr ayının 8-də Moskvada həbs olunaraq, Azərbaycana ekstradisiya olunub ("Zayka”nın həbsi ilə bağlı yayılan videonu yazının sonunda – red.).
Onun həbsi və Azərbaycana göndərilməsi düşmənlərinin qisas alması üçün fürsət yaradıb. Necə olubsa, "Zayka” Lotu Qulinin adamları ilə eyni həbsxanaya salınıb(?). Bu zaman "Zayka”dan söyüşlərin "hesabını” sorulub. Onlar başçı – "Lotu Quli” ilə telefon bağlantısı yaradaraq "Zayka” ya işgəncə vermək üçün təlimatlar alıblar. Dəhşətli əzablara məruz qoyulan "Zayka” Lotu Qulini söydüyünə görə üzr istəyib. Məlumata görə, ona verilən işgəncələrin hamısı lentə alınıb.
Bildirək ki, "Zayka”nın hansı klana aid olduğu barədə bir mənalı fikir yoxdur. Lakin "Quli”yə qarşı açıq savaşması onun Rövşən Lənkəranskinin admı olduğu fikrini yaratmışdı.
Əgər doğrudan da "Zayka” Lənkəranskinin adamıdırsa, uzun illərdir ki, oğru dünyasının iki "nəhəngi” arasındakı ədavət daha da qızışacaq. Ehtimala görə, Rövşən Lənkəranskinin adamları "Quli”nin yaxınlarından kimisə eyni şəkildə aşağılayacaqlar.
Sonda qeyd edək ki, baş verən bu hadisə hər şeydən öncə Azərbaycan həbsxanaları ilə bağlı biabırçı mənzərəni ortaya qoyur. Görəsən, saatlarla davam edən bu dəhşətli dram həbsxanada necə baş verib? Kriminal avtoritetə işgəncə verən şəxslər telefonla Quli ilə danışıblar və bütün proses lentə alınıb. Onlar dəmir barmaqlıqlar arasında belə asudə vaxtı, rahat şəraiti necə əldə ediblər? Həbsxanaların qisas düşərgəsinə çevirilməsi görəsən, kimin günahıdır?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?