Qanuni oğru, “Zayka” ləqəbli Zaur Əliyevin işgəncə görüntülərini əldə etmişik. Moskvada yerləşən “Matrosskaya Tişina” cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib. Azərbaycanda həbsdə olan məşhur qanuni oğru Loti Quli ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir qanuni oğruya - Zaykaya inanılmaz işgəncələr veriblər. İşgəncələrdən sonra görüntüyə alınan Zayka Lotu Quli haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətdiyinə görə üzr istəyir: “Adım Əliyev Zaurdur. Ləqəbim “Zayka”dır. Bütün oğrulardan üzr istəyirəm. Bir səhvdir etmişəm. Qulidən üzr istəyirəm. Gəncəli Rəşad və Canpolad məni öyrədirdilər. Özləri də söyürdü və məni məcbur edirdilər ki, mən də söyüm”. Məlumata görə, Zayka Moskvada Lotu Qulinin kurasiyasında olan ticarət obyektlərini basır və ona buranın Quliyə aid olduğunu xatırlatdıqda, avtoritetin ünvanına kəskin ifadələr işlədirmiş. Hətta bir neçə dəfə məhz belə gərginlikdə Lotu Quli ilə telefon əlaqəsi də yaradılıb və Zayka Azərbaycanda türmədə olan Qulini telefonda söyməkdən belə çəkinməyib.
Gecə barlarının birində qanunsuz daşıdığı silahla həbs olunan Zaykanın daha sonra “Matrosskaya Tişina”ya salınması isə vəziyyət daha da gərginləşib: Lotu Qulinin tərəfdarları oğru dünyası üçün qəbuledilməz əməllərinə görə Zaykaya dəhşətli işgəncə veriblər və onu “sındırıblar”. Bu videodan sonra Zaykanın oğru titulundan məhrum ediləcəyi şübhəsizdir.
Qeyd edək ki, bu barədə ilk olaraq yazan “Aznyus.az” saytı Zaykanın Rövşən Lənkəranskiyə yaxın olduğunu, ona görə də Lotu Qulinin adamları ilə konflikt yaşadığını bildirmişdi.
Rusiya mediası da bu məsələyə yer ayırıb. Qeyd olunub ki, Zayka ləqəbli Zaur Əliyev Nazim Hümbətov və avtoritet Erdak Lənkəranski ilə birgə 30-a yaxın avtoritet tərəfindən döyülüb. Rusiya mediası dava prosesinin telefonla lentə alındığı və azərbaycanlı qanuni oğru Lotu Qulinin Azərbaycanda cəza çəkdiyi türmədəki kamerasına “canlı olaraq yayımlandığı” barədə də məlumat yerləşdirib.
Xatırladaq ki, video-çəkilişlərdə Zaykanın üzr istəməsi və sındırılması telefonun yaddaşına çəkilir və onun Lotu Quliyə göndəriləcəyi şübhəsizdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?