GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qatil məmur balaları

Qatil məmur balaları

Tarix: 5-12-2014, 13:19 Bölmə :Ölkə Baxış: 0
Qatil məmur balaları

Son zamanlar bəzi məmur balaları cəmiyyətdə özlərini apara bilmirlər. Qudurğanlıq edirlər. Öz qeyri-insani hərəkətləri ilə insanlara ziyan verirlər. Baxmayaraq ki, ölkə başçısı da dəfələrlə bu məsələdə yüksək vəzifəli şəxslərə xəbərdarlıq edib. Lakin məmur balalarının özbaşınalığı hələ də davam edir. Xüsusilə də bahalı avtomobilləri sürərək qəzalar törədirlər. Və günahsız insanların ölümünə səbəb olurlar. Bir sözlə, bu şəxslər o qədər harınlayıblar ki, insan həyatı onlar üçün heç nəyə çevrilib.
Dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi "Mercedes Benz-E320" markalı, 90-XG-046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Fikrət Əfəndini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı Şabran şəhərində baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb. Bəlli olub ki, 62 yaşlı piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu deputat Tahir Süleymanovun qardaşı oğludur. Deputatın qardaşı və hadisəni törədən şəxsin atası Şabran rayonu Maliyyə Idarəsinin rəis müavinidir. Qeyd edək ki, xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Bu, nə birinci, nə də sonuncu belə hadisədir. Vəzifə sahiblərinin övladlarının son vaxtlar törədikləri avtomobil qəzaları ilə bağlı statistik araşdırmanı diqqətinizə çatdırırıq.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlu qəza törətməklə mətbuat səhifələrinə düşüb. Hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı "Prado” avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki "VAZ 06” markalı "jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən "Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.
Kürdəmirdə Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Kürdəmir sakini 1997-ci il təvəllüdlü Sadıqzadə Rahim İbrahim oğlu "Hyundai Santafe” markalı avtomobillə Bakı prospektindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edərkən yolu keçən piyada - 1948-ci il təvəllüdlü Hümbətova Şükufə Qaraş qızını vurub. 65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. İlkin məlumata görə, avtomobil 16 yaşlı oğlanın babasına məxsus olub. Hadisə baş verən gün o, avtomobili ailəsindən xəbərsiz götürərək qəza törədib. R.Sadıqzadə yolun sağ tərəfindən sol tərəfinə keçərkən idarəetməni itirib. Qəza törətmiş şəxs Kürdəmir Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğludur. Baş Dövlət Yol Polis idarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Hikmət Kərimovun verdiyi məlumata görə, baş verən qəza zamanı piyadanın cəsədi bir neçə hissəyə parçalanıb. Onun dilini isə qəza yerindən xeyli aralıda tapa biliblər.
Bərdə şəhərinin icra nümayəndəsinin avtoxuliqan oğlu da qəza törədən vəzifəlilərin övladları sırasına daxil olub. Bərdə şəhərində Hüsü Əliyev küçəsində "Mercedes" markalı avtomobillə "Qaz-24" markalı 2 maşının toqquşması nəticəsində sürücülər xəsarət alıb. "Mercedes"in sahibi Bərdə şəhərinin icra nümayəndəsi Əli Fərzəliyevin avtoxuliqan kimi tanınan oğludur. Amma icra nümayəndəsi qəzaya görə digər avtomobilin sahibini günahlandırıb: "Oğlum elə bilib ki, saxlayıb yol verəcək. O da yol verməyib, toqquşublar". Ə.Fərzəliyev oğlunun adını deməkdən imtina edib: "Adı nəyə lazımdır? Ümumiyyətlə, xəbər hazırlamaq lazım deyil. Olan xəbərləri də dayandırdıq".
Bir müddət əvvəl Tərtər rayonunda icra başçısının müavini Vidadi Bəylərovun oğlu avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoyub, digərinin isə ömürlük şikəst qalmasına səbəb olub. Vidadi Bəylərovun oğlu başqa bir gənclə avtoşluq edirmiş. "Yarışa" çıxan icra başçısının müavininin oğlu "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib. Qəzadan sonra isə maraqlı faktlar ortaya çıxıb. V.Bəylərovun oğlunun törətdiyi avtoqəzanı araşdıran müstəntiq Nəsimi Hüseynov əvvəlcə avtoqəzanın olmadığını söyləyib. Lakin sonradan bir avtoqəza olduğunu, lakin məmur oğlunun həmin qəzanın iştirakçısı deyil, şahidi olduğunu deyib: "Bu qəza mart ayının 17-də olub və qəza nəticəsində sürücü Ramil Azər oğlu Quliyev dünyasını dəyişib. Maşın yoldan çıxıb və bir nəfər ölüb. Lakin Vidadi Bəylərovun oğlu qəzaya düşən şəxsi xəstəxanaya aparıb". Bununla belə həmin olaydan sonra məmur oğluna bir söz deməsələr də, atasını işdən çıxardılar.
Ağdam rayonu ərazisində vəzifəli şəxsin övladının iştirakı ilə avtoxuliqanlıq hadisəsi qeydə alınıb. "Dövlətqaçqınkom"un Ağdam şöbəsinin müdiri Qabil İbadovunoğlu yol qəzası törədib. Onun idarə etdiyi "Mersedes" markalı maşın KAMAZ-la toqquşub. Ötmə zamanı baş verən hadisədə günahın məmur oğlunda olduğu bildirilir. Hətta bunu özünün Facebook profilində də qeyd edən həmin gənc təsdiq edib ki, hadisə avtoxuliqanlıq etdiyi zaman reallaşıb və günah da özündə olub. Qolundan və bir neçə yerindən zədə alan məmur övladı bunları boynuna almasına rəğmən, atası Qabil İbadov bütün günahı KAMAZ-ın sürücüsünün üzərinə yıxmağa çalışıb.

Bu hamısı deyil...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hadisə yerindən qaçmış sürücü həbs edilib

    Hadisə yerindən qaçmış sürücü həbs edilib ...

    21-09-2017, 16:45

  • 
  • ​Bakıda yol polisi əməkdaşı avtomobillə PİYADANI VURARAQ ÖLDÜRDÜ

    ​Bakıda yol polisi əməkdaşı avtomobillə PİYADANI ...

    4-01-2018, 20:37

  • 
  • Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

    Bakı şəhər Baş Polis İdarəsi və şəhər ...

    20-07-2016, 18:01

  • 
  • Mikroavtobus gənc oğlanı öldürdü

    Mikroavtobus gənc oğlanı öldürdü ...

    3-01-2016, 16:56

  • 
  • Bakıda "Galendewagen"lə ölümlü qəza törədən şəxsin silahlı insidentdə iştirakı da araşdırılır - RƏSMİ

    Bakıda "Galendewagen"lə ölümlü qəza ...

    24-07-2017, 10:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu