Goranboyun Dəlimməmmədli qəsəbəsindəki uşaq musiqi məktəbinin keçmiş direktoru Yolçu Məmişov bu gün özünü güllələyərək intihar edib. Rayondakı mənbələrdən gundemxeber.az-a daxil olan məlumata görə, mərhumun həddən artıq borcu olduğundan bu addımı atdığı ehtimal olunur. Mərhum sinif otağında ov tüfəngini ürəyinə dayayaraq tətiyi çəkib və ürəyi parçalandığından elə yerində keçinib. Özünü öldürən zaman o sinif otağında tək olub. Güllə səsinə onun olduğu otağa gələn müəllimlər iş yoldaşlarını qan içərisində görüblər. Goranboy rayon Prokurorluğundan bildirilib ki, intiharın səbələri bilinmir Daxil olan məlumatda bildirilir ki, mərhum özünü öldürməmişdən öncə ölümünün səbəblərinə dair məktub yazıb. Hazırda həmin məktub ailəsindədir və onlar hələ ki, məktubu heç kimə təqdim etməyiblər. Araşdırmalarımız davam edir və ətraflı məlumat verməyə çalışacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?