Qubada intihar hadisəsi baş verib. Rayonun Muçu kənd sakini Əliağa Eyvazov bu gün səhər özünü asıb. AzNews.az-a rayondan verilən məlumata görə, Ə.Eyvazov kənd məktəbinin direktorudur. O məktəbin kitabxanasında özünü asıb. İntiharın səbəbi hələlik məlum deyil.
Quba rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Polis baş leytenantı Anar Cəfərov bildirib ki, məktəb direktoru son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkirmiş: “Prokurorluğun müstəntiqi ilə də danışdım. Mərhumun üzərində hər hansı xəsarət, ya da zorakılıq əlaməti yoxdur. Eyvazov intihar edib. İntiharla bağlı ilkin ehtimalımız isə onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkməsidir. Bu səbəbdən o özünü asıb”.
İntiharın səbəbləri rayon Prokurorluğunda araşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?