GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məktəb direktorunun rüşvət görüntüsü yayıldı - VİDEO

Məktəb direktorunun rüşvət görüntüsü yayıldı - VİDEO

Tarix: 5-12-2014, 22:19 Bölmə :Ölkə Baxış: 0
Məktəb direktorunun rüşvət görüntüsü yayıldı - VİDEO

Hacıqabul rayon Talış kənd tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisəsinin rəhbəri ilə bağlı Publika.az-a müraciət ediblər.

Müəllimlərin sözlərinə görə, məktəbin 71 yaşlı direktoru Mirsaleh Mirabbas oğlu Məmmədov dövlətə məxsus məktəbi öz mülkü hesab edərək vəzifəsindən sui-istifadə edir. Onun məktəbə məxsus maddi-texniki vasitələri mənimsədiyi, məktəbin texniki işçilərinin əksəriyyətinin maaş kartlarını alıb uzun müddət özündə saxladığı, ayda bir neçə dəfə işə çıxmaq və ya ümumiyyətlə, gəlməmək şərti ilə onlara cüzi miqdarda pul verdiyi bildirilir. İddia olunur ki, hətta bu fakt Hacıqabul Rayon Maliyyə İdarəsindən gələn yoxlama tərəfindən aşkarlanaraq, maaş kartları öz sahiblərinə qaytarılıb. Buna baxmayaraq, həmin xoşagəlməz əməl cəzasız qalıb.

Qeyd olunur ki, direktor digər texniki vəzifələrə öz yaxın qohumlarının adlarını yazdırıb, müvafiq dövlət sənədlərini (tabel cədvəlini-red) saxtalaşdıraraq uzun müddətdir işə gəlmədikləri halda, onların adına olan maaşları mənimsəyir. Bir zamanlar hətta məktəbə aid elektrik enerjisindən evinə gizli xətt çəkdirib, uzun müddət qanunsuz olaraq istifadə edirdi. Gənc müəllimlərin narazılığı sayəsində bu xətt ləğv edilib.

Həmçinin dərs bölgüsü zamanı dərslər müəyyən məbləğ müqabilində qeyri-ixtisas müəllimlərinə verilir (ixtisas müəllimi olduğu halda-red).

“Digər hallarda biz ona problem olduğumuz, həmçinin hər ay yaşlı müəllimlər kimi pul vermədiyimiz üçün müxtəlif bəhanələrlə gənc müəllimlərin öz işini görməsinə maneçilik törədir. Nəzərinizə çatdırırıq ki, bizdən əvvəl işləyən müəllimlər hər ay müəyyən miqdarda guya məktəbin "qonaq"larını yola salmaq üçün haqq verirdilər. Qalan texniki işçilərin isə adı ya işdə gedir, ya da ayda nəyinsə qarşılığında bir neçə dəfə işə gəlməklə "işləyirlər" deyə şikayətdə vurğulanır.

Sakinlər bildirirlər ki, direktorun yaxın qohumu olan səkkiz müəllimin maaş kartı Mirsaleh müəllimdədir. Onlar məktəbdə işləməsələr də, adları müəllim kimi qeyd olunub. Bundan başqa, gənc müəllimlərin məzuniyyəti faktiki 56 gün hesablandığı halda, 42 gün məzuniyyət pulu hesablanıb.

Şikayətçilər Mirsaleh Mirabbas oğlu Məmmədovun əməlləri ilə bağlı əyani fakt kimi video faylları da əməkdaşımıza göndəriblər. Həmin görüntülərdə ibtidai sinif müəllimələrindən ikisinin dərs saatlarına görə hər ay direktor M.Məmmədova 40 azn verməsi, həmçinin xadimə Əliyeva Hafizə Etibar qızının hər ay maaş əvəzi 40 azn alması və maaş kartının direktorda olması, habelə tarix müəllimlərindən birindən hər ay 30-40 azn istəməsi əks olunur.

Müəllimlər qeyd etdilər ki, dəfələrlə Hacıqabul Rayon Təhsil Şöbəsinə müraciətlərin, şikayətlərin daxil olmasına baxmayaraq, bu problemlə bağlı heç bir nəticə olmayıb: “Ona görə Hacıqabul Rayon Təhsil Şöbəsində bu şikayətə baxılmasını istəmirik, çünki bilirik ki, direktorun əməlləri ört-basdır ediləcək”.

Talış kənd tam orta məktəbinin müəllimləri əlavə etdilər ki, yaxın günlərdə təhsil naziri Mikayıl Cabbarova müraciət edəcəklər.

Sözügedən orta məktəbin direktoru Publika.az-a barəsində deyilənləri təkzib edib: “Müəllimlərin maaşı məndə nə gəzir? Hər kəs qol çəkərək maaşı özü alır. Mən sizi tanımıram, siz də məni. Tələbkar, işgüzar adamam. Müəllimlərin hamısı məktəbdədir. Nə xadimə? Məktəbi məgər mən silib-süpürürəm? Mən təmizləyirəm? Mən açıq söhbət edənəm. Müəllimlərin bir qəpik də pulu məndə deyil. Onları çubuqla çırpsan da, bir qəpik verən deyillər. Heç onları qəzetə abunə də yazdırmaq mümkün deyil. Pul vermək söhbəti ola bilməz. Maaş kartları da məndə deyil. Müəllimin maaş kartı məndədirsə, o, dərsə gələr? Belə çıxır ki, o, evdə oturub. Mən özbaşına işdən qalanların maaşlarını tuturam. Bir müəllim bir neçə gün işdən qalıb. Üç günün pulunu tutmuşam, ona görə də bunu ediblər. Bir gənc müəllim də 6 gün işdən qalıb. Onun 3 gün maaşını tutmuşam. Axı özbaşına buraxmaq olmaz”.

Hacıqabul Rayon Təhsil Şöbəsi müdirinin müavini Balaxanım Ələsgərova isə Publika.az-a direktordan şöbəyə şikayət daxil olmadığını bildirdi:

“Həmin orta məktəbdən bizə şikayət daxil olmayıb. Mümkünsə, şikayətçi müəllimlərin adlarını açıqlayın”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Təhsil Nazirliyi rüşvət alan məktəb direktorunu işdən azad edə bilmir”

    "Təhsil Nazirliyi rüşvət alan məktəb ...

    5-05-2021, 15:22

  • 
  • Ucarda məktəb direktoru müəllimənin maaş kartını mənimsəyib - ŞİKAYƏT

    Ucarda məktəb direktoru müəllimənin maaş kartını ...

    8-11-2018, 13:27

  • 
  • Qadın məktəb direktorunun biabırçılığı - Azərbaycanda

    Qadın məktəb direktorunun biabırçılığı - ...

    17-01-2014, 14:28

  • 
  • Məktəb direktoru ilə kimya müəlliməsinin sinifdə sekslə məşğul olduğu video yayıldı (VİDEO, FOTO)

    Məktəb direktoru ilə kimya müəlliməsinin sinifdə ...

    24-11-2015, 19:28

  • 
  • Saxta diplomlu müəllimləri işə kim götürür? - təhsil şöbəsi müdirinə ittihamlar

    Saxta diplomlu müəllimləri işə kim götürür? - ...

    12-05-2017, 22:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu