Müğənni Mətanət Əsədova ətir dəlisi olduğunu söyləyib.
Parfümə həddindən artıq çox pul xərcləyən ifaçı ATVxəbər.az-a da elə bu barədə danışıb:
“Parfüm dəlisiyəm. Parfümə, geyimə ürək edib, xərclədiyim pulu hələm-hələm kişilər ürək edib, xərcləməz. Mən məkana daxil olmamış, birinci ətrimin iyi gəlir. Və o zaman dost-tanışlarım deyir ki, Mətanət gəldi”.
Müğənni ən bahalı və ən ucuz ətrinin də qiymətini açıqlayıb:
“Ən bahalı ətrimin qiyməti 8400 manatdır. Ancaq ətir qarderobumda 1500 manata da ətrim var. Ən aşağı qiymətlisi də elə odur”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?