Ukraynada "Avropa plyus" radiostansiyasının məşhur aparıcısı Yuri Tretyakı döyüblər.
ANS PRESS-in məlumatına görə, hadisə aparıcı anasının yanına gedərkən Kiyev-Çerniqov yolunda baş verib.
Yurinin maşınını ötən avtomobil dərhal onun qarşısında dayanıb. Maşından düşən iki kişi ona tərəf gələrək "sən razılaşdın!” sözləri ilə hədələməyə başlayıblar. Yuri səbəbi aydınlaşdırmağa çalışanda onlar hücum edərək aparıcını döyməyə başlayıblar. Nəticədə aparıcı sifətində çoxsaylı hematomalar, burun sınması və beyin silkələnməsi alıb.
Davanı görən yaxından keçən sürücülər dələduzları qovmağa kömək edib. Yuri istisna etmir ki, bu sifarişli döymə ola bilər, amma onun şübhələndiyi kimsə yoxdur. İndi aparıcı xəstəxanadadır, artıq onun burnunda iki dəfə əməliyyat edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?