GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » «Eurovision»: Bu da axırı?

«Eurovision»: Bu da axırı?

Tarix: 6-12-2012, 15:46 Bölmə :Ölkə Baxış: 893
«Eurovision»: Bu da axırı?
Dörd Avropa ölkəsi «Eurovision-2013»ə qatılmayacağını açıqlayandan sonra Britaniyanın aparıcı qəzetlərində belə bədbin ovqatlı başlıqlar çıxır. Yunanıstan və yunan Kiprinin yarışla bağlı hələ son qərarını vermədiyi diqqətə yetirilsə də, BBC-nin yarış təşkilatçılarına dayanan bu xəbəri bədbin ovqata qapılanlara təskinlik gətirməyib.

BBC yazır ki, «Eurovision-2013»ə qatılmayacaqlarını açıqlayan ölkələr, istər bütövlükdə tədbirin, istərsə mahnı yarışmasında qələbənin çox baha başa gəlməsini əsas gətirirlər.

Polşa və Portuqaliyanın «Eurovision-2013»ə qatılmayacağı birmənalı təsdiqlənsə də, təşkilatçılar gələn ilin mayında İsveçin Malmo şəhərində keçiriləcək mahnı şənliyində yetərli sayda ölkənin yarışacağına inanırlar.

BBC ötən il Bakıda keçirilən «Eurovision»a 42 ölkənin qatıldığını xatırladıb.

Mahnı yarışmasının təşkilatçılarından Sietse Bakker deyir ki, hər hansı ölkənin yarışı tərk etməsinə dair xəbərlər, hələlik olsa-olsa söyləntidir və tam siyahı yanvarda açıqlanacaq.

Cənab Bakker «Eurovision-2013»lə bağlı bədbinliyin Avropadakı maliyyə böhranından qaynaqlandığını düşünür.

Sietse Bakker
​​O deyib ki, tutalım, Portuqaliyanın qərarı teleproqramların baha başa gəlməsinə və ölkə tele-seyrçilərinin mahnı yarışmasına çox da maraq göstərməməsinə əsaslanıb. Sietse Bakker «pulu çatmayanlara» yarışma təşkilatçılarının yardım əlini uzada biləcəyinə də işarə vurub.

Cənab Bekker-in fikrincə, yarışda qalib gələn, amma növbəti müsabiqənin keçirilməsində maliyyə çətinliyi çəkən ölkələrə keçmişdə də yardım göstərilib.

Bir başqa, ancaq bədbin təcrübəni misal çəkən BBC isə bahalı maliyyəsi və teleseyrçi sayının yetərsizliyi ucbatından Macarıstan, Andorra, Çexiya və Çernoqoriyanın Osloda keçirilən yarışmaya qatılmadığını vurğulayıb.

MAHNI OXUMAQ BİZİM HARAMIZA YARAŞIR?

«The Daily Mail» qəzeti yazır ki, Yunanıstan, Kipr, Portuqaliya və Polşa «Avropa təsisatına çevrilmiş bu zövqsüz yarışmada» iştirak etməyəcəklərini bildiriblər.

Yunanıstan öz qərarını mahnı yarışmasına giriş haqqını - 100 min funt sterlinqi ödəyə bilməyəcəyi ilə əsaslandırıb və onu da vurğulayıb ki, ölkənin bənzər durumunda belə dəbdəbəli yarışma ona yaraşmır.

Yunanıstan dövlət televiziyasının rəsmiləri bildiriblər ki, «söhbət heç puldan da getmir, sadəcə, indi bu yarışmaya qoşulmaq mənəvi baxımdan yanlış addımdır».

Kiprin dövlət televiziyası da bənzər mövqeni bölüşüb və bildirib ki, «əhalinin belə çətin durumunda bu yarışmaya qatılmaq təxribata bərabər bir addım sayıla bilər.

«The Daily Mail» yazır ki, Portuqaliya və Polşa da maliyyə çətinliklərini səbəb göstərirlər. Qəzet bir məqamı da vurğulayır ki, yarışmadan çıxmaq istəyən ölkələrin heç biri indiyədək həmin yarışmada qələbə çalmayıb.

Bakıda keçirilən müsabiqənin qalibi - Loreen
​​Başqa bir incə məqam da var: qalib ölkə, növbəti ildə mahnı yarışmasını qonaqlamağa 60 milyon funt sterlinq xərcləməlidir. Vaxtilə İspaniya təmsilçisi Bakıda keçirilən «Eurovision-2012»də ölkəsini xərcə salmamaq üçün qəsdən uduzduğunu bildirməmişdimi?

Qəzetin yazdığına görə, İspan hökuməti pop ulduzu Pastor Soler-ə ölkəsini xərcə salmamağı tövsiyə etmişdi.

SƏN ALLAH, UDUZ…

33 yaşlı müğənni deyir ki, dövlət televiziyasının direktorları ona telefon açaraq, qalib gəlməməsini xahiş ediblər. O, bunu da söyləyib ki, direktorları anlayır, çünki bu qədər pulla camaatın maaşlarını vermək daha məqsədəuyğundur.

«The Daily Mail» maraqlı bir statistikanı da diqqətə yetirir.

Məsələn, Britaniya bu yarışmada indiyədək 4 dəfə qalib gəlib.

Mahnı müsabiqəsinin mütləq çempionu 7 dəfə yarışmanın qalibi olan İrlandiyadır.

Di gəl, Portuqaliya «Eurovision»a 46 dəfə qatılsa da, qələbə sevinci dadmayıb. Bu baxımdan Lissabonun qəlbiqırıqlığını anlamaq çətin deyil.

«The Daily Mail» ABBA qrupunu «Eurovision» mahnı yarışmasının ən böyük töhfəsi sayır. Sözügedən qrup 1974-cü ildə mahnı şənliyinin qalibi seçilmişdi. Qəzet töhfələr siyahısında 1988-ci il yarışmasının qalibi Céline Dion-un da adını çəkir.

«EUROVİSİON»U TƏRK ETMƏK ÜRƏK İSTƏR

Britaniyanın bir başqa qəzeti – «The Daily Telegraph» bir oxucusunun məktubuna üz tutub:

Eurovision 2012
​​«Ser, ümid edirəm ki, Portuqaliya və Polşa gələn ilki yarışmadan çəkiləndən sonra Britaniya da bu «nimdaş tədbirə» qatılmamaq qərarını verəcək».

Oxucu Rona Taylor-un fikrincə, bu yarışmada səsvermənin siyasi xarakter daşıması onun mahnı sənəti baxımından önəmini heçə endirir. «Eurovision» müsabiqəsi Azərbaycanda keçiriləndə bir çox hüquq müdafiəçisi də siyasiləşmə amilini vurğulayırdı.

Britaniyanın aparıcı şərhçilərindən sayılan İain Martin nüfuzlu «The Sunday Telegraph» qəzetinin redaktor müavinidir. O da adi oxucu Rona Taylor-un fikrini bölüşür və düşünür ki, Polşanın «cəsarətli addımından sonra» Birləşmiş Krallıq da ürəkli davranmalı və yarışmadan çıxmalıdır.

Cənab Martin hətta xalq səsverməsi keçirilməsini də təklif edib.

Ən maraqlısı budur ki, belə bir sanballı qəzetin redaktor müavini öz həyatını yaşayan adi Britaniya sakini ilə eyni sonuca varıb:

«Biz «Eurovision» yarışı olmadan da, dünyada ən böyük mahnıları yaradan insanlarıq!».
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Eurovision 2013" təmsilçisi çılpaq fotoları ilə gündəmə gəldi (FOTOSESİYA)

    "Eurovision 2013" təmsilçisi çılpaq ...

    17-05-2013, 15:10

  • 
  • Eurovision-2017 hansı şəhərdə olacaq?

    Eurovision-2017 hansı şəhərdə olacaq? ...

    3-07-2016, 13:39

  • 
  • Eurovision-2014"ün keçiriləcəyi dəqiq tarix məlum oldu

    Eurovision-2014"ün keçiriləcəyi dəqiq tarix ...

    8-07-2013, 23:31

  • 
  • Eurovision həyəcanını bu il də Azercellə yaşayın!

    Eurovision həyəcanını bu il də Azercellə yaşayın! ...

    15-05-2013, 17:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu