GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 3 milyon insanı köçə məcbur edəcək fəlakət - Urmiya gölündən XÜSUSİ REPORTAJ

3 milyon insanı köçə məcbur edəcək fəlakət - Urmiya gölündən XÜSUSİ REPORTAJ

Tarix: 6-12-2014, 23:44 Bölmə :Ölkə Baxış: 0


3 milyon insanı köçə məcbur edəcək fəlakət - Urmiya gölündən XÜSUSİ REPORTAJ

Urmiya gölü... Bu ad qədim türklərin bir dövlət altında birləşməsinə dair tarix kitablarında çox çəkilir. Manna dövlətinin 3 min il bundan əvvəl Urmiya gölü ətrafında yaranması ilə bağlı tarixi faktlar var. Deməli, bu gölün tarixi ondan da qədimə gedib çıxır. Urmiya gölü 3 min ildən çox qorunub saxlansa da, son 15 ildə İran türklərinin təbirincə desək, Urmu gölü yer üzündən silinmək üzrədir. Bu ekoloji fəlakətin qarşısını almaq tələbi ilə uzun müddət etiraz aksiyaları keçirilib, məsələ parlamentdə dəfələrlə müzakirəyə çıxarılıb, dünya mətbuatının əsas gündəmini təşkil edib. Tariximizin bir parçası olan Urmu gölünün quruması Azərbaycanda da narahatlıqla qarşılanır. Quruma altı hərfdən ibarət adi bir sözdür, ekoloji fəlakətin miqyasını anlamaq üçün Urmu gölünü gözlə görmək lazımdır.
Bura quruması bütün dünyadakı azərbaycanlıları narahat edən Urmiya gölüdür. Hazırda dayandığımız yerdə bir zamanlar su var idi. İndi isə sahildən suya çatmaq üçün 2 kilometrə qədər məsafə qət etməlisən.
Təxminən bu qədər məsafə getdikdən sonra suyun varlığı hiss olunur. Lakin gölə çatmaq üçün hələ bir xeyli yol getmək lazımdır.
Urmiya gölü dünyanın 3-cü ən böyük duzlu gölüdür. Gölün uzunluğu 140, eni 40-55 kilometrdir. Bu göl İranın iki ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan vilayətləri arasında yerləşdir. Məhz bu iki vilayətin mərkəzi şəhərləri Urmiya və Təbriz arasında birbaşa əlaqənin qurulması üçün İran hökuməti göl üzərindən avtomobil yolunun tikintisinə qərar verib. 2007-ci ildə 14 kilometr uzunluğunda körpü tikilir və bu gölün hər iki tərəfində suyun sirkulyasiyanın qarşısını alır.
Bundan başqa Urmiya gölünün əsas su mənbəyi olan çaylar üzərində 30-da çox bənd tikilib ki, bu da hövzənin qurumasını sürətləndirib. Ekspertlər göl ətrafında aparılan yanlış irriqasiya siyasətinin də bu prosesə təkan verdiyi bildirir.
Gölün qurumasına etiraz olaraq 2010-2011-ci illərdə İranın türklərin üstünlük təşkil etdiyi müxtəlif şəhərlərində kütləvi aksiyalar keçirilib. Bu aksiyaların keçirilməsində Təbrizin “Traxtur Sazi” futbol klubunun azarkeşlərinin böyük rolu olub. 2010-cu ilin aprelində azarkeşlərin dəvəti ilə uşaqdan tutmuş qocayadək, minlərlə azərbaycanlı Urmiya gölünün sahilinə gedərək gölə rəmzi olaraq su töküb və bu aksiya bütün dünyada əks-səda doğurub.

Göldə 120 böyük və kiçik ada olub. Bu adalar indi qurudadır. Əvvəllər eyni vaxtda bu gölə təxminən 500 min flaminqo və qutan enib. Bu səbəbdən Urmuyə gölünə zamanında Milli Parkı statusu da verilib. İndi isə gölə gələn quşların qanadları duz səbəbindən bərkiyir, onlar uça bilmir və ölürlər. Göldə çoxlu heyvan növü məskunlaşdığından UNESCO Urmiyə gölünü vacib göllər siyahısına daxil edib. BMT isə gölün hansı sürətlə və neçə ilə quruduğuna dair gerçəkləri animasiya şəklində təqdim edib.
Nəticə isə belədir, Urmiya gölünün qurumasının qarşısını almaq üçün yaxın illər ərzində ciddi tədbirlər görülməsə, göl tamamilə quruyaraq duz kütləsinə çevriləcək. Yarana biləcək 10 milyon ton duz kütləsi isə ciddi ekoloji problemlər yarada bilər. Yaşanacaq duz fırtınası tək İran deyil, qonşu ölkələr, ilk növbədə isə Azərbaycan üçün real təhlükəyə çevrilə bilər. İran hökuməti artıq bu gölün qurumasının nə kimi fəsadlara yol açacağının fərqinə varıb.
Qərbi Azərbaycan vilayətinin ostandarı Qurbanəli Səadət deyir ki, bu göl tamamilə qurusa, insanlar üçün böyük problemlər yaranacaq: "Problem də odur ki, duz toza çevriləcək və o da insanların gözünə tənəffüs yollarına, bədəninə zərər yetirəcək. Dövlətin əsas məsələsi o gölü diriltməkdir. Göl hələ tamamilə qurumayıb. Urmiya gölünün 5 min kvadrat kilometr ərazisinin 2500 kvadrat km ərazisi quruyub".
Urmiya gölü ətrafında suların tənzimlənməsi Şurasının katibi Əlirza Seyid Qüreyşinin sözlərinə görə, 20 metr dərinliyi olan bu gölün hazırda ən dərin nöqtəsi 1,5-2 metri keçmir. Əvvəl göldə 32 milyon kubmetr su olub, indi isə bu rəqəm 3 milyon kubmetrə enib. O analoji hadisənin Aral gölü fəlakətində yaşandığını deyib. İran hökuməti isə bu prosesin yaradacağı fəsadları öyrənir. Göl quruyarsa, bölgədə əkinçilik sıradan çıxa bilər, iqlim dəyişikliyi baş verər və yağıntı tamamilə azalar. Qurumadan sonra bu ərazidə fəaliyyət göstərən zavodlar və şirkətlər bağlanacaq, 3 milyona yaxın azərbaycanlı başqa regiona köçmək məcburiyyətində qalacaq.

Urmiya gölü ətrafında suların tənzimlənməsi Şurasının katibi Əlirza Seyid Qüreyşi bildirir ki, 10 il ərzində gölün ekoloji durumunu yaxşılaşdırmağa çalışıblar: "Problemi gölün öz hövzəsində həll etmək istəyirik. Əkinçilik mədəniyyətini dəyişib, elə bir məhsullar əkməliyik ki, bu məhsulların yetişdirilməsinə az su sərf olunsun. Burada 25-28 milyard kubmetr suya ehtiyac var. Gölün ekoloji həddə çatdırılması üçün isə əlavə 15 milyard kubmetr su lazımdır. Urmiya gölü ətrafındakı suların ümumi həcmi 7 milyard kubmetrdir. İndi bu rəqəm 4-5 milyarda düşüb. Bizim istəyimiz odur ki, bu rəqəmi ildə 3-4 milyard kub metr artıraq. Bu zaman suyun buxarlanması və təzədən suya çevrilməsi prosesi uyğunlaşacaq".
İranın indiki prezidenti Həsən Ruhaninin seçki kampaniyası zamanı verdiyi vədlərdən biri Urmiya gölünü bərpa edəcəyi ilə bağlıdır. Hazırda gölün bərpası ilə bağlı komissiya yaradılıb və bir sıra əcnəbi mütəxəssislərlə müzakirələr aparılıb. Hazırda gölün bərpası ilə bağlı 25 maddəlik əsasnamə qəbul edilib. Qərbi Azərbaycan vilayətinin ostandarı Qurbanəli Səadət artıq bu təkliflər paketinin bır sıra bəndləri ilə bağlı işlərin başlandığını deyir: "Hazırda biz həmin təkliflər paketi çərçivəsində bir neçə layihənin icrası üçün vəsait ayırmışıq və işlərə başlamışıq. Layihəyə əsasən, gölün ətrafındakı kənd təsərrüfatı sistemində islahatlar aparılmalı və ənənəvi suvarma sistemindən səmərəli və elmi suvarma sisteminə keçməliyik. Bundan başqa, gölün ətrafında kiçik gölməçələr və su resursları var. Onları gölə istiqamətləndirməyə çalışırıq. Bu da gölün bərpa olunmasına kömək edəcək”.
Ostandarın sözlərinə görə, İran hökuməti Urmiya gölündə bu işlərin aparılmasına təxminən 522 milyon dollar vəsait ayırıb.
Qurbanəli Səadət Araz çayı və Xəzər dənizindən Urmiya gölünə suyun axıdılması layihəsinin icrası üçün araşdırma aparıldığını da bildirib. Onun sözlərinə görə, bu sular beynəlxalq sular olduğuna görə, əvvəlcə İran öz payına nə qədər suyun düşdüyünü müəyyənləşdirməlidir. Bundan əlavə suların tərkibi müxtəlif olduğundan onların qarışmasının hansı fəsadlara yol açacağını da araşdırmağa ehtiyac var.
Təbiətin təzadları bu ərazidə də özünü göstərib. Quruması ürək sızladan gölün ətrafında bir sıra sulu göllər var. Əvvəllər Urmiya gölünə uçan quşlar artıq bu göllərin ətrafını özlərinə məkan seçiblər. Bu göllərin bəzisi qarşısı bəndlə kəsilmiş çaylardır. Əslində İran hökuməti bu çayların qarşısını açaraq onları Urmiya gölünə axıtmaq variantını da nəzərdən keçirir.
“İranın Parisi” adlandırılan Urmiya bir zamanlar turistlərin ən çox axın etdiyi şəhər olub. Urmu gölünün gözəl təbiəti və göldəki müalicəvi palçıq çoxsaylı turistlərin bura üz tutmasına səbəb olub. Lakin gölün quruması bura gələn turistlərin sayına da əsaslı təsir edib.

Vilayət rəhbərliyi Urmiya gölünü turizm mərkəzinə çevirməyi planlaşdırırdı. Bu məqsədlə göl qurumazdan əvvəl sahildə bir sıra turizm obyektləri tikilib. Lakin onlar heç zaman düşünməzdilər ki, göldə turistləri gəzdirmək üçün gətirilən bu gəmi illər sonra quruda qalacaq.

Kiyamərz Keyanfər Urmiya gölünün Bari qəsəbəsində eyniadlı otellər şəbəkəsinin sahibidir. O, Urmiya gölü sahilində otel tikintisinə 11 il əvvəl başlanılıb: "Göl sahildə idi. Su tikinti obyektini yumasın deyə otelin ətrafına daş tökdürmüşdüm. İndi isə gölə çatmaq üçün piyada bir-iki kilometr yol getməlisən".

İş adamı deyir ki, göl bərpa olunarsa, bura gələn turistlərin sayı kəskin şəkildə artar.

Bax belə... Urmiya gölünün sahilində böyük tarix yatır. Göl qurumasaydı və buraya güclü turist axını olsaydı, bütün dünya Azərbaycan türklərinin tarixi köklərindən birinin buralardan başladığı gerçəyi ilə tanış olacaqdı. Hər kəs gölün ətrafındakı Soğan dağını tanıyacaqdı və biləcəkdi ki, qədimdə bu dağlar əsgərlərin müşahidə məntəqələri olub və onlar qarşı dağlardakı əsgərlərə mesaj ötürmək üçün ot yandırırlarmış. Bu gələn turistlər həm də Urmu sahilindəki qədim türk mədəniyyət abidələri ilə tanış ola biləcəkdi. İndi isə... İran hökuməti gölü 10 il ərzində bərpa etməyə söz verib. 10 ilə isə Urmu gölü ya tam quruyar, ya da...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Molla rejiminin Urmiya qələti

    Molla rejiminin Urmiya qələti ...

    25-02-2013, 10:30

  • 
  • İran adlanan ölkə Urmiya gölünə tökülən bütün çayların qarşısını kəsib

    İran adlanan ölkə Urmiya gölünə tökülən bütün ...

    8-12-2017, 20:31

  • 
  • “Bu, Azərbaycan ali məktəblərinin məhvi deməkdir”

    “Bu, Azərbaycan ali məktəblərinin məhvi deməkdir” ...

    27-06-2017, 11:18

  • 
  • SSRİ-nin Aralda gizlətdiyi qorxunc silahlar üzə çıxdı - Fəlakət

    SSRİ-nin Aralda gizlətdiyi qorxunc silahlar üzə ...

    21-02-2014, 22:01

  • 
  • Urmiya gölünün qurudulması - ekoloji terroru himayə edən İran - ŞƏRH

    Urmiya gölünün qurudulması - ekoloji terroru ...

    15-11-2022, 18:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu