Urmiya Gölünü Canlandırma Mərkəzi Tehranda deyil, Urmiyada təşkil olunmalı idi.
Gündəm Xəbər-in əldə etdiyi məlumatda bildirilir ki, bunu “açıqlamasında İran parlamentinin Urmiyadan olan azərbaycanlı millət vəkili Nadir Qazipur söyləyib.
“Mən əvvəldən bu məsələyə qarşı olmuşam, hələ də qarşıyam. Mərkəz Urmiyada olsaydı, ona daha çox nəzarət olunardı. Gölün canlandırılması ilə bağlı araşdırmalara dair plan Tehranın Şərif Universitetinə tapşırılıb. Bu, Azərbaycandakı universitetlərin məhv edilməsi deməkdir. Təbriz və Urmiya universitetləri Urmiya gölü ilə əlaqədə olan azərbaycanlı mütəxəssislərin vasitəsi ilə araşdırma aparıb, daha tez nəticəyə çata bilərlər. Belə olan halda ölkənin sərmayəsi də hədər getməz.
Həddindən artıq bürokratiyanın yaranması Urmiya gölünün canlandırılmasına heç bir yardım etmir. Bu iş sadəcə vəsaitin daha çox hədər getməsinə səbəb olur. Urmiya Gölünü Canlandırma Mərkəzi Urmiyada yerləşərsə, yaranan bürokratiyanı da aradan qaldırmaq mümkün olar”, - deyə o bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?