Onlar 1 il əvvəl polis tərəfindən öldürülmüş gənci yad etdilər, 1 aydır ki, həbsdə aclıq edən anarxistə də dəstək verildi
300 nəfərə yaxın etirazçı Afinada polis tərəfindən saxlanılıb. Yunanıstanın paytaxtında şənbədən bazara keçən gecə güclü etiraz aksiyası keçirilib. Aksiya bir il öncə polis tərəfindən öldürülmüş gəncin xatirəsini yad etmək və aclıq aksiyası keçirən anarxistə dəstək məqsədi ilə təşkil olunub.
Etiraz aksiyasında 5-10 min arası insanın qatıldığı bildirilir. Onlar paytaxtda dağıdıcı hərəkətlərə yol veriblər. Mağazalara və maşınlara od vurublar. Davakarlığı ilə seçilən etirazçıları sakitləşdirmək üçün Afinaya 6 min polis yeridilib.
“Euronews” bildirib ki, şəhərin mərkəzində sözün əsil mənasında döyüşlər gedib. Etirazçılar “Molotov kokteyl”indən istifadə ediblər. Əsasən anarxistlərin qatıldığı aksiya zorakılıqla müşayiət olunub. Polis anarxistlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, anarxistlər bir çox Avropa ölkəsində bu kimi əməlləri ilə məşhurdur.
Polis bildirib ki, Afinanın mərkəzində ciddi dağıntılar var. Ancaq şəhərə dəyən ziyanın məbləği barədə hələ ki, konkret açıqlama yoxdur.
Xatırladaq ki, 1 il əvvəl yunan polisi 15 yaşlı Aleksis Qriqoropulası öldürmüşdü. Etirazçılar həm də həbsdə 1 aydan çoxdur ki, aclıq aksiyası keçirən anarxist Nikos Romansona dəstəklərin ifadə ediblər...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?