GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Borclular birləşib pul sahibini həbs etdirdi-BAKIDAKI ŞOK OLAYIN TƏFƏRRÜATI

Borclular birləşib pul sahibini həbs etdirdi-BAKIDAKI ŞOK OLAYIN TƏFƏRRÜATI

Tarix: 9-12-2014, 01:11 Bölmə :Ölkə Baxış: 0
 Borclular birləşib pul sahibini həbs etdirdi-BAKIDAKI ŞOK OLAYIN TƏFƏRRÜATI

Keçmiş həbsxana rəisi və məktəb direktorunun adı hallanan sensasiyalı olayın təfərrüatı

Ağır onkoloji xəstə olan məhbus qadının ailəsi dövlətdən kömək istəyir

"Ağır onkoloji xəstə olan bacım Ceyran Rüstəmova şərlənərək həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd) maddələri ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Bu il iyulun 22-dən etibarən azadlıqdan məhrum edilən bacım kimsədən pul almayıb, əksinə 12 nəfərə borc verib. Yəni Ceyran onu şərləyib həbs elətdirənlərə borca pul verib. Borcla bağlı notarial qaydada kredit və ipoteka müqaviləsi imzalanıb. Borcun ödənilmədiyini görəndə isə bacım həmin şəxsləri məhkəməyə verib və iddiası təmin olunub. Daha sonra narazı qalan qarşı tərəf (borc alanlar) apellyasiya və kassasiya şikayəti versə də, qərarlar yenə bacımın xeyrinə verilir. Qərar icra olunmağa başlayıb".

Bu barədə Ceyran Rüstəmovanın bacısı Kəmalə Rüstəmova "Bizim Yol" qəzetinin əməkdaşına bildirib.

O deyib ki, məhkəmədən əlləri üzülən borclu şəxslər bacısını dələduzluqda ittiham edərək, onun barəsində prokurorluğa müraciət ediblər: "Bakı şəhər sakinləri Ceyran Rüstəmova, Reyhan Hüseynova və Mətanət Gülməmmədova ayrı-ayrı vaxtlarda öz tanışları olan 12 nəfərə müxtəlif məbləğlərdə evlərini ipoteka yüklü etməklə onlara notarial qaydada faizsiz borc pul veriblər.
Həbsdə olan bacım və digər təqsirləndirilənlər 2 il əvvəl şəhərin 28 May küçəsində sökülən evlərinə görə kompensasiya alıblar. Həmin puldan da notarial qaydada borc veriblər. Borc verənlə borc alan arasında müqavilə imzalanıb.

Borc verdikləri 12 nəfər Bakı şəhər sakininin adları belədir: Məmmədov Bəxtiyar Lətif oğlu, Abdulov Rəşad Rafiq oğlu, Babayev Elşad Eyyub oğlu, Sadıxova Səkinə Fərrux qızı, Əliyeva Bahar Nadir qızı, Şükürova Gülnarə Aslan qızı, Kərimova Mehriban Yafəz qızı, Rəhimov Ələkbər Səftər oğlu, Murquzov Muxtar Məmmədəli oğlu, Bəkirova Sevda Mirqiyas qızı, Yaqubova Səriyyə İsa qızı və İbrahimov Xaləddin Əli oğlu.

Onlardan yalnız üç nəfər-Sevda Bəkirova, Səriyyə Yaqubova və Xaləddin İbrahimov bu gün də etiraf edirlər ki, onlar bacımdan müqaviləyə əsasən borc pul alıblar və qaytaracaqlar.

Bacımın şərlənərək həbs olunmasının planını borclulardan olan Səkinə Sadıxova hazırlayıb. Belə ki, o digər borcluları da taparaq şərləmə kampaniyasını təşkil və icra edib. Səkinə onlara deyib: "Onsuz da bütün məhkəmələri uduzmusunuz, hər şey əlinizdən çıxıb, gəlin Ceyrandan şikayət edin, pulu verməyin". Bundan sonra həmin borclular cəmləşərək dəfələrlə prokurorluğa şikayət yazdılar. İki nəfər hətta prokurorluğun qarşısında özünü yandırmağa cəhd etdi. Belə olan halda prokurorluq cinayət işi açdı, bacım həbs olundu. Bu gün bacımın həbsdə olmasına səbəb məhz Səkinədir. Səkinə Sadıxova, Gülnarə Şükürova və Bahar Əliyeva notarial qaydada ərizə yazaraq Baş Prokurorluğa və digər qurumlara göndəriblər. Bacıma da saxta ittiham elan elədilər ki, guya Ceyran borcluları aldadaraq notariusa aparıb, müqavilələr imzalatdırıb, sonra məhkəməyə verməklə onların əmlakını ələ keçirib. Əgər dələduzluq olubsa, gərək bütün müqavilə bağlayanlar, notarius əməkdaşları, bankişçiləri və məhkəmə hakimləri də həbs olunsunlar".

K.Rüstəmova dedi ki, özünü prokurorluğa zərərçəkən kimi təqdim edən həmin borclular arasında müəllimlərin adına kredit götürən 171 saylı məktəbin keçmiş direktoru İradə Murquzova da var: "Adı kredit qalmaqalında hallanan İ.Murquzova bu ilin sentyabr ayında tutduğu vəzifədən azad edilib. İradə qardaşı Muxtarın evini girov qoyub, bacımdan pul götürüb. İradəni bacım makler vasitəsilə tanıyıb, ona da pul verib.

Bacıma borcu olduğu halda özünü prokurorluğa zərərçəkmiş kimi təqdim edən Mehriban Kərimova Ağır Cinayət Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinən şəxsdir.

Bəs Səkinə Sadıqova kimdir? Səkinə həyat yoldaşı ilə birgə bir şəxsi işə düzəltmək üçün birindən 30 min alan və Yasamal Rayon Polis İdarəsində onun barəsində cinayət materialı olan şəxsdir. Səkinənin həyat yoldaşı vaxtı ilə cəzaçəkmə müəssisəsində rəis işləyən Bakı Şəhər prokuroru ilə yaxın dostluq əlaqəsi var.

Xəstə bacımın ömrünə az günlər qalır. Prokurorluqda isə mənə deyirlər ki, çox tez-tez müraciətlər yazıb işimizi artırma, şablon cavab yazmaqdan yorulduq, onsuz da yazdığını oxuyan olmur.
Bizdə olan məlumata görə, adı zərərçəkən kimi keçən Səkinə Sadıxovanın vaxtilə cəzaçəkmə müəssisənin rəisi işləmiş əri Fikrətlə Bakı Şəhər Prokurorluğunun müavini Azər Əsgərov, eləcə də prokurorluğun istintaq idarəsinin müstəntiqləri Cavid Abbasov və Asəm Səfərəliyev tanışdırlar.
Bu ilin sentyabrın 12-də məhkəməyə bacımın ev dustaqlığına buraxılması üçün vəsatət verdik. Prokuror hakimdən verdiyimiz vəsatətin təmin olunmamasını istədi. Hazırda bacım Penitensiar Xidmətin müalicə müəssisəsində olsa da, müalicəsini orada davam etdirə bilmir, çünki kimya terapiyası almalıdır. Bacımın 50 yaşı var, Türkiyədə əməliyyat olunub, süd vəzləri götürülüb, həbs olunması ilə əlaqədar kimyəvi terapiyasını yarımçıq saxlayıb, heç bir qida, dərman qəbul etmir", deyə Kəmalə Rüstəmova bildirdi.

Onun sözlərinə görə, o Baş Prokuror Zakir Qaralovun, onun birinci müavini Rüstəm Usubovun qəbulunda olub: "Hər iki şəxs mənə bildirdi ki, müraciətimiz ədalətli şəkildə araşdırılacaq. Mən baş prokurorun qanunların aliliyinə hörmətlə yanaşacağına ümid edirəm".

Ramid İBRAHİMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prokuror 300 min manatlıq obyekti ələ keçirməkdə təqsirləndirilən şəxslərə 48 il həbs cəzası istəyib

    Prokuror 300 min manatlıq obyekti ələ keçirməkdə ...

    19-10-2016, 17:12

  • 
  • Ali Məhkəmə Mehman Hüseynovun kassasiya şikayətini təmin etməyib

    Ali Məhkəmə Mehman Hüseynovun kassasiya ...

    25-06-2018, 17:23

  • 
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Ali Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi

    Ali Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi ...

    29-09-2017, 13:00

  • 
  • Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi

    Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası ...

    27-09-2019, 11:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu