Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu bildikləri halda onunla münasibəti davam etdirirlər.
Bu, çoxuna düzgün, anlaşılan münasibət kimi görünməyə bilər. Bu yaxınlarda Oklahoma Universitetində aparılan bir araşdırma qadınların bu seçimlərinin səbəbinə müəyyən qədər aydınlıq gətirib. Bu məqsədlə 10 minə yaxın qadın və kişi arasında sorğu keçirilib. Sorğuda iştirak edən insanlardan evli şəxslə münasibət qurub-qurmayacaqları soruşulub. Bu zaman qadınların 73 faizi sevdikləri şəxsin evli olmasının onların münasibətinə mane olmayacağını bildirib.
Bu qadınlardan 24 faizi isə heç nədən çəkinmədən hazırda və ya keçmişdə evli insanla münasibətdə olduqlarını etiraf ediblər. Onların fikrincə, subay kişilərlə müqayisədə evlilər daha anlayışlı, yetişkin olurlar. Buna görə də onlarla münasibəti davam etdirmək daha asan olur. Subay kişilər isə daha ərköyün olur, münasibətdə ancaq öz fikirlərini yeritməyə çalışırlar. Sorğu zamanı, həmçinin, məlum olub ki, qadınların evli kişilələrlə münasibətə bu qədər maraq göstərməsinin digər bir səbəbi də onların “əgər bu kişi digər bir qadın tərəfindən seçilibsə, deməli, başqaları ilə müqayisədə daha fərqlidir. O, artıq bir qadının sınağından üzüağ çıxıb” deyə düşünmələridir.
Mütəxəssislər qadınların bu fikirlərini “Ancelina Coli sindromu” adlandırıblar.
Kişilərin isə yalnız 45 faizi evli qadınla münasibət qurmağa normal yanaşıblar, amma onların fikrincə, bu münasibəti uzun müddət davam etdirmək düzgün deyil. Müəyyən zamandan sonra bu bərabərliyi sona çatdırmaq lazımdır
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?