Tiflis zooparkında saxlanılan pələng 19 yaşlı ziyarətçini ağır yaralayıb.
ANS PRESS-in məlumata görə, cavan oğlan qadağan edilmiş əraziyə girib və yırtıcı heyvana yaxınlaşıb, nəticədə pələng pəncəsi ilə onu vurub.
Zərər çəkən şəxsə ilk yardımı zooparkın əməkdaşları göstəriblər. Sonra, o, Respublika Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun sağlamlıq vəziyyətini kafi qiymətləndiriblər.
Xatırladaq ki, bundan əvvəl, bu ilin iyununda Tiflis zooparkında 3 nəfər iki pələngin hücumuna məruz qalıb. Onlardan biri ciddi yara ilə reanimasiyaya yerləşdirilib, digərləri isə yüngül zədə ilə canlarını qurtarıblar. Bu şəxslər də zooparkın hasarını aşaraq pələnglərin yaxınlığına, qadağan edilmiş əraziyə düşüblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?