Gundemxeber.az » Dünya » Hindistanda naməlum yırtıcı 17 nəfərə hücum edib, 70 yaşlı qadının çənəsini sındırıb
Hindistanda Limbay kəndinin 17 sakininə hücum edən heyvanı axtarırlar.
Bu barədə "Times of India" məlumat verib.
Rəsmilərin sözlərinə görə, istilər insanların çoxunu evlərini tərk etməyə və çöldə yatmağa məcbur edib. Yırtıcı bir neçə evə girib və 10-dan çox insanı yaralayıb. Heyvan qurbanlarından birinin - 70 yaşlı qadının çənəsini sındırıb.
17 nəfərdən üçü ağır yaralanaraq rayon xəstəxanasına, yaşlı qadın isə Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər digərlərinə da lazımi kömək göstərirlər. Yerli sakinlər, həmçinin quduzluğa qarşı peyvənd olunublar.
"Hazırda ərazidə qəfəs quraraq heyvanın tutulması istiqamətində işlər aparılır. Kənd sakinlərinə təkbaşına və gecə saatlarında küçəyə çıxmamaq tapşırılıb", - deyə məlumatda qeyd olunub.
Səlahiyyətlilər heyvanın quduz olduğunu təxmin edirlər, lakin hansı yırtıcı heyvanın insanlara hücum etdiyi hələlik məlum deyil. Həmin heyvanın it olduğu da istisna edilmir.
Gundemxeber.az
10-06-2019, 16:51
20-10-2014, 11:46
15-03-2017, 01:42
11-06-2017, 12:42
1-03-2017, 00:11
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?