GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Təklif gəlsə, səhnəyə lüt çıxacam” - Elza Seyidcahan

“Təklif gəlsə, səhnəyə lüt çıxacam” - Elza Seyidcahan

Tarix: 14-12-2014, 00:14 Bölmə :Ölkə Baxış: 0
“Təklif gəlsə, səhnəyə lüt çıxacam” - Elza Seyidcahan

“Ledi Qaqa hər zaman məni təkrarlayıb”

Onu daha çox qeyri-adi geyimləri, fərqli ifa tərzi, bəstələri ilə tanımışıq. Bu gün Lent.az-ın müsahibi bəstəkar-müğənni son dövrlərdə yazdığı şerləri ilə müzakirə olunan əməkdar artist Elza Seyidcahandır. Onunla müsahibəmizdə bir çox məqamlara toxunduq. Yazdığı şeirlərdən, ona cadu olunmasından və dəli adlandıranlardan tutmuş yenidən ailə qurmaq sevdasına qədər.

- Bəstəkar kimi tanındınız və bəstələrinizi Azərbaycanın bir çox tanınmış müğənniləri oxudu. Müğənni kimi də öz bəstələrinizi ifa etmisiniz. Amma yaradıcı işiniz yox, açıqlamalarınız və geyim tərziniz daha çox müzakirə olunur…

- Mənim sənətimi hər adam anlaya bilməz. Anlamaq istəyən, ən azı Elza qədər düşünməlidir. Keçmişə nəzər salsaq, görərik ki, Azərbaycanın görkəmli sənətkarları Qara Qarayev, Tofiq Quliyevi də incidiblər. Mirzə Babayev kimi sənətkar səhnədə olan zaman başına pomidor atıblar. Elə bilirsiniz ki, Rəşid Behbudovu, Şövkət Ələkbərovanı başa düşüblər? Yox. Şəxsən mən uşaq vaxtı onları başa düşmürdüm. Heç qulaq da asmırdım. Hətta o vaxtlar ailə üzvlərim Vaqif Mustafazadəyə qulaq asırdılar, mən deyirdim ki, “Bu nədir ki, qulaq asırsınız?” İllər keçdikdən sonra mən Vaqif Mustafazadəni anaya bildim. İndiki gənclər də Elzanı başa düşmürlər. Zaman keçəcək, məni anlayacaqlar. İndi məni başa düşməməklərini anlayıram. Çünki onların böyük beyinləri olmalıdır ki, məni də anlasınlar.

- Şerləriniz sosial şəbəkədə məsxərə mövzusudur.

- Bilirsiniz, mənim şerimi də hər adam anlaya bilməz. Şeirlərimdə bir məna var. Amma el dilində belə bir deyim var ki, “hər kəs öz arşınına görə ölçər”. Yəni hər kəs öz başa düşdüyü kimi anlayır. Məncə bu da bir uğurdur ki, yazdığım şeirdə mən təsəvvür etdiyim anlamı yox, başqa bir mövzunu düşünürlər. Amma gün gələcək, həmin şeirlərdə mən yazdığım anlamı tapacaqlar. Bir çoxları elə bilir ki, Elza nə gəldi yazır. Amma nə gəldi yazsam, insanlar nəsə müzakirə etməzlər. Məsələn, dünya ulduzu Ledi Qaqa səhnəyə çılpaq çıxdı, arxasını da tamaşaçılar tərəfə tutdu. Daha sonra üzünü də çevirdi, ağzında da “sosqa” var idi. Sonra onu elə səhnədə də geyindirdilər. Bax, mən onun bu addımını anladım. Hər kəs bunu anlaya bilməz. Ledi Qaqa ağzında da “sosqa” lüt səhnəyə çıxmaqla demək istəyirdi ki, o, hələ uşaqdır. Onu geyindirirlər. Amma çoxları yazdı ki, o, səhnəyə lüt çıxdı. Fikirlər müxtəlifdir. Onun başı xarab deyil ki, səhnəyə lüt çıxsın?

- Maraqlıdır, Elza Seyidcahan da Ledi Qaqanın atdığı addımı atardımı? Səhnəyə lüt çıxardınızmı?

- Bilirsən Yalçın, Ledi Qaqa hər zaman mənim addımlarımı təkrarlayıb. Amma rejissor mənə desə ki, səhnəyə lüt çıx, çıxaram. Niyə də yox. Amma bir şərtlə rejissorun etdiyi o təklifin altında bir məqsəd, məna, fəlsəfi fikir olmalıdır. Əgər olsa, səhnəyə lüt çıxaram. Boş-boşuna səhnəyə lüt çıxmaram. Mən ağıllıyam. Bəzi müğənnilər kimi ağılsızcasına soyunub, səhnəyə çıxmıram. Lazım gəlsə, rejissor desə ki, bu addımın bu gün qarşılanmayacaq, amma sabah qəbul olunacaq, səhnəyə lüt çıx, düşünmədən edəcəm.

- Bəs Elza Seyidcahan cəmiyyətin tənqidlərindən qorxmur?

- Yox, qətiyyən. Dünya ulduzları, Biyons, Şakira da oxuyub. İndi baxıb, deyirlər ki, Biyonslar tərbiyəsizdir. Yox, onlar tərbiyəsiz deyillər. Anlamırlar ki, onlar səhnədə rol, obraz göstərirlər. Amma Azərbaycanda o qədər müğənni var ki, Biyons olmaq istəyir, amma ola bilmir.

- Şeiri necə yazırsınız? Yazdığınız şerləri daha çox gecələr, yoxsa gündüzlər qələmə alırsınız?

- Günün istənilən vaxtı yaza bilərəm. Ölümün vaxtını bilmədiyimiz kimi, şer yazmağın da vaxtı bilinmir. İlhamım nə vaxt gəldisə, yazıram. Heç dünyaya gəldiyim günü bilirdim ki? Şeirlər qəflətən gəlirlər, məni salırlar bəlaya. Camaatda düşür üstümə. (gülür)

- Özünüz də bilirsiniz ki, sizi tənqid edənlər çoxdur. Sosial şəbəkədə barənizdə çox şərhlər yazırlar. Heç olubmu ki, hansısa tənqiddən özünüzə qapılmısınız?

- Heç vaxt heç bir tənqiddən pis olub, özümə qapılmamışam. Çünki nə etdiyimi bilən adamam. Ağzıma gələni etsəydim, özümə qapılardım. Daim düşünüb, addımlar atmışam. Siz nə bilirsiniz ki, məni tərifləyənlər yoxdur? Sosial şəbəkədə məni tənqid edənlərin əksəriyyəti bəzi saytlarda çalışan insanlardır. Çünki mənə neçə-neçə insanlar zəng vururlar ki, “Ay Elza xanım, mən sizin barənizdə yaxşı şərh yazdım, amma onu sayta buraxmadılar”. Hətta bir ara oğlum o neqativ şərhləri oxuyub, pis olurdu. Deyirdi ki, “ana pis oluram”. Mən də deyirəm ki, siz o şərhləri oxumayın, açın Obamanın səhifəsini, görün ona da nə qədər tənqidi, hətta təhqiredici şərhlər yazıblar.

- Bir çoxları sizə dəli deyir…

- Bilirsiniz, kimə dəli deməyiblər ki? İndi deyəcəm, deyəcəklər ki, özünü dahilərlə eyni siyahıda müqayisə edir. Hansı yadda qalan dahilərə dəli deməyiblər? Hər bir dahidə bir balaca dəlilik olur. Özümü dahilər arasına salmıram. Siz mənə sual verirsiniz, mən də deməyəcəm ki, “mən dəliyəm”.

- Barənizdə çox şayiələr yayılmışdı…

- Haqqımda o qədər lazımsız məlumatlar, hətta şərlər yazanlar olub. Hətta yazmışdılar ki, o vaxtı Elzanı qudası toyda döyüb. Bu, ağ yalan idi. Mənə şər yaxan insanları məhkəməyə verə bilərəm. Hətta mən “Ağ yalanlar” adlı mahnı da yazmışam. Mən ilanlardan yox, ağ yalanlardan qorxuram. Mən Elza olaraq dərk etmişəm ki, dünya şöhrətli insanlara hər zaman şər yaxıblar, yaxacaqlar da. Hətta illər öncə iki uşağımla birgə tədbirə getmişdim, ölməz bəstəkarımız Şəfiqə Axundova da orda idi. Mənə baxıb dedi: “Sənə baxıram, kənardan özünü o qədər xoşbəxt aparırsan, amma sən bilmirsən ki, elə çətin sənətdəsən. Gözəlsən, sənə o qədər şər, ləkə atacaqlar ki… Özünü qoru. Sənə bir məsləhətim var. Onlara heç bir zaman sözlə cavab vermə, yalnız işlərinlə, sənətinlə cavab ver”. Birdə onu deyim ki, barəmdə pis danışanları vermişəm Allahın məhkəməsinə. Allah onların cəzasını gec, tez verəcək.

- Elza Seyidcahan vergili insandır?

- Hər bir insan vergilidir. Sadəcə ağıllı bir adam, o vergini püxtələşdirməlidir. Məsələn, vergini batil eləmək olmaz. İnsanlar var ki, vergiləri var, amma şeytanı salırlar qəlblərinə. Şeytan istedadsızların qəlbinə girməz. Elə bilirsiniz ki, şeytan mənə hücum eləmir? O qədər hücum edir ki… Mən şeytanı yaxın qoymuram. Heç onu söymürəm. Çünki o da Allahın mələyidir. Şeytan da mənə toxunmur. Bilir ki, imanı düzgün adamam. Evimin hər yerində Quran var.

- Caduya inanırsınız?

- Mənə dua eləyiblər. Adamlar var deyir ki, “Mən caduya inanmıram, heç baxdırmıram”. Mən yalan deyə bilmərəm. İnanıram. Göz, nəfs var.

- Artıq oğlunuz da ailə qurub, qızınız da nişanlıdır. Yayda toy edəcəksiniz. Bəs Elza Seyidcahan qadın kimi tək qalacaq?

- İnanırsınız, mənim boş vaxtım olmur. Daim iş başındayam. Mən qadın kimi xoşbəxtəm. Uşaqlarımın atasından ayrılsam da, bilirəm ki, yenə məni dəlicəsinə sevir. Allah onu da ailəsi ilə xoşbəxt eləsin. Sadəcə, Allah onu məndən alıb ki, sənətimlə məşğul olum. Sevmək də gözəl hissdir. Deyirlər ki, sevən yox, sevilən xoşbəxtdir. Bu fikirlə razı deyiləm. Bədbəxt o adamdır ki, sevə bilmir. Mənim ürəyimin dərinliyində sevgi var. Məni təmənnasız sevənlər var. Hətta elələri var ki, deyirlər “Yetər ki, sən icazə ver, səni sevim”. Mən də icazə verirəm.

- Bu illər ərzində evlilik təklifləri almısınız?

- Hə, o qədər olub… İndi də var. Amma ailə qurmaq istəmirəm.

- Belə bir deyim var: “Heç vaxt, heç vaxt demə”. Birdən elə bir təklif olsa, sizi qane etsə, yenidən ailə qurmaq istəyərsiniz?

- Mən heç vaxt, heç vaxt demirəm. Ola bilər. Ola bilər ki, qarşıma elə bir insan çıxsın. Yəqin ki, qarşıma yaxşı biri çıxsa, övladlarım və yaxınlarım məni qınamaz. Övladlarım da razı olar, görərlər ki, məsləhətli bir şeydir, razı olarlar. Amma hələ ki, yenidən ailə qurmaq barədə düşünmürəm. Hələ ağlıma da gəlmir. İndi hamı yazacaq ki, “Elza ərə gedir”. Yaponların bir deyimi var: “Allahı güldürmək istəyirsənsə, gələcək planlarından danış”. Heç bir zaman plan qurmamışam.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ​"Bəsdir daha, ağaclar da baxır, hamı taxır..." - Elza Seyidcahan YENİ ŞEİR YAZDI

    ​"Bəsdir daha, ağaclar da baxır, hamı ...

    24-04-2019, 16:00

  • 
  • Elza Seyidcahan Şeytana şer yazdı:"Nəfsin ölsün..."

    Elza Seyidcahan Şeytana şer yazdı:"Nəfsin ...

    5-09-2018, 15:15

  • 
  • Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olur: "Mənim üçün böyük şərəfdir"

    Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olur: ...

    27-03-2017, 22:00

  • 
  • Pişiyi ölən Elza Seyidcahan: "Bundan sonra evimdə ağ ilan saxlayacam"

    Pişiyi ölən Elza Seyidcahan: "Bundan sonra ...

    7-11-2017, 14:07

  • 
  • Elza Seyidcahan polisə şikayət etdi

    Elza Seyidcahan polisə şikayət etdi ...

    7-02-2018, 16:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu