GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı…

İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı…

Tarix: 15-12-2014, 19:24 Bölmə :Ölkə Baxış: 0
İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı…

Müsavatın mitinqlərinin indi “Məhsul” satdionunda olduğu kimi 300 nəfər yox, “Qələbə” meydanında 300 min tərəfdar topladığı 2003-cü il hadisələrindən sonra bütün beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq ictimai rəyin öncüllərindən olan ABŞ Dövlət Departamenti Azərbaycanın yeni prezidentinin qarşısına şərt qoymuşdu.

Beynəlxalq birlik İlham Əliyevdən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Vilayət Eyvazovu polis orqanlarından xaric etməyi tələb edirdi. Amma Əliyev bu dəfə də onların dediklərini eləmədi. Prezident 35 yaşlı polis rəisini nəinki işdən çıxarmadı, hətta əksinə, onu daha yüksək vəzifəyə — daxili işlər nazirinin müavini postuna təyin etdi.

Gəlin xatırlayaq, görək Eyvazovun hansı əməli Dövlət Departamentinin və ona züy tutan beynəlxalq təşkilatların, yumşaq desək, xoşuna gəlməmişdi.

Müsavat Partiyasının gur-gur guruldayıb siyasi hakimiyyət uğrunda mübarizəyə qalxan vaxtlarında — 2013-cü il, oktyabrın 16-da bu partiyanın döyüşkən qanadının bir neçə yüz üzvü ölkənin əsas meydanını ələ keçirməyə və İsa Qəmbəri yeni prezident elan etməyə cəhd göstərmişdi. Bəli, bəli, Azərbaycanda belə dövrlər — müxalifətin DİN süfrəsindən gələn qırıntıları əli ilə itələyib ölkənin neft quyularına nəzarət uğrunda amansız mübarizə apardığı vaxtlar da olub.

Müsavat bu mübarizəni rüsvayçı şəkildə uduzdu. Amma sonda siyasi səhnənin pərdəsinin enməyinə lap az qalmış müxalifətçilər “pis oyunda yaxşı mina oyunu” oynamağa qərar verdilər. Yəni uduzsalar da özlərini o yerə qoymayaraq qalib kimi davranmağa başladılar.

Qiyam ruhunun xortlaması bizim gözlərimiz önündə Azadlıq meydanında baş verdi. Doğrudur, müxalifətçilər NİDA kimi “Molotov kokteylləri” ilə yox, dəyənək və daş-kəsəklə silahlanmışdılar.

Vilayət Eyvazovun təkcə elə görünüşü vahimə yaradan dəstəsinin postsovet məkanının ilk Maydanını (Gürcüstan və Ukraynadakı hadisələr bundan sonra olmuşdu) təmizləməsi dünyada ciddi etirazlara səbəb olub qınaq doğurdu. Dövlət Departamentinin ən çox xoşuna gəlməyən hadisə isə V.Eyvazovun havaya atəş açması idi. Özü də bir neçə dəfə…

Amerikalıların azərbaycanlı polis rəisini azğınlaşmış kütləni dağıtmaq məqsədilə havaya xəbərdarlıq atəşi açmasına görə cəzalandırmağı tələb etməsindən 10 il sonra azərbaycanlılara da yaxşı tanış olan Klivlend şəhərində elə bir hadisə baş verdi ki, nəinki Dövlət Departamenti, hətta heç ABŞ-ın Maliyyə Nazirliyi də bunu nədənsə “görüb sezmədi”.

2013-cü il, iyunun 23-də amerikalı polis ABŞ vətəndaşı Qreqori Lavinin avtomobilinə yaxınlaşır. Lavin nə etmişdi, günahı nə idi? O, doğrudanmı terror aktı törətməyə cəhd göstərirdi, yaxud Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əməkdaşlıqda şübhəli bilinirdi? Əsla. Lavin sadəcə olaraq yol hərəkəti qaydalarını pozmuşdu. Lavin heç polisə də müqavimət göstərməyə çalışmırdı, onlarla vur-tut dildə, sözlə mübahisə edirdi. Bəs polis nə etdi? Silahını çıxarıb Lavinin sinəsinə atəş açdı.

Əgər bu qanlı hadisənin Helsinki Aktının müdafiəsində dayanan ATƏT-in, yaxud digər beynəlxalq təşkilatların hesabatlarına salındığını düşünürsünüzsə, ciddi səhvə yol verirsiniz. Amerika polisinin günün günorta çağı törətdiyi qətl hətta heç ABŞ Xelsinki Komissiyasının da diqqətini nədənsə cəlb etmədi. Heç tükləri də tərpənmədi. Belə-belə işlər…

Bəli, bəli, bu komissiya AXCP-nin heç Bakıda da tanınmayan hansısa cəlilabadlı fəalının hüquqlarının pozulmasından dəm vuran həmin o komissiyadır. Hərçənd elə həmin ABŞ-ın özündə belə güman edirdilər ki, söhbət Əfqanıstanın Cəlalabadından olan hansısa talibançıdan gedir…

Yaxud başqa nümunə. Bir-iki il qabaq Dövlət Departamenti və Helsinki Komissiyası 13 azərbaycanlı “siyasi məhbus”a dayanıb durmadan azadlıq tələb edəndə baş vermiş bir hadisəyə baxaq. 2012-ci il, noyabrın 29-da Klivlend şəhərində 13 ağdərili polis əməkdaşı içində silahsız afroamerikalılar Timoti Rassel və Malissa Uilyamsın olduğu maşını təqib etməyə başlayırlar. Bəs bunun axırı nə olur?! Polislər həmin maşını güllə yağışına tuturlar. Maşına 137 güllə dəymişdi. Timoti ilə Malissanın cəsədləri güllə yarasından tanınmaz hala düşmüşdü.

Əlbəttə, həmin polislərə cəza verən olmadı. Amerikalı hüquq müdafiəçilərinin heç cınqırı da çıxmadı. Onların məntiqinə görə, polis iki adamı öldürübsə, deməli, ortada nəsə varmış…

Yaxud digər nümunə. ABŞ polisi bu il noyabrın 23-də yenə həmin Klivlenddə 12 yaşlı qaradərili uşaq Tamir Raysini güllələdi. Bilirsinizmi niyə? Bu uşağın əlində oyuncaq tapança olub. Polisə isə elə gəlib ki, silah doğruçudur. Əlbəttə, dünyanın “ən ədalətli və humanist” andlılar məhkəməsi bu polisə də bəraət verib onu təmizə çıxardı…

Polislərin yeniyetmələrə münasibətinə dair daha bir fakt. Bu il dekabrın 7-də Arizona ştatında yerli polis evdən qaçan 15 yaşlı qaradərili qızı yerə yıxaraq boğmağa başlamışdı. Təsadüfən yoldan keçən adamların çəkdiyi videodan da görünür ki, yazıq qız necə qışqırır, kömək istəyir, polisə yalvararaq onu buraxmağı xahiş edir, amma bu yalvarışların heç biri amerikalı mentə təsir etmir… Qız az qala boğulur, son nəfəsini alıb-verir, can üstəymiş kimi çabalayır, isterik vəziyyətdə ümidsizcəsinə əl-qol atır, amma bunlar mentin vecinə də deyil. Amerikalı polis o qədər vəhşiləşib ki, onu dayandırmaq mümkün deyil. İş o yerə çatır ki, qızcığazın anası dözmür və balasını azğınlaşmış polisin əlindən zorla alır. ABŞ hökuməti isə susub öz vətəndaşlarının etirazlarına məhəl qoymur…

Təkcə Nyu-York şəhərinin sakinləri təkcə 2013-cü ildə polisin qanunsuz əməllərindən 9500 şikayət ərizəsi verərək məhkəmə iddiaları qaldırıblar. Hələ heç həbs olunanları demirik, bəs o polislərin neçəsi cəzalandırılıb? Bəs ədalətin təntənəsi hanı? Yoxdur.

ABŞ-da total polis özbaşınalığı Ferqyusson hadisələrində özünün pik həddinə çatdı. Bu hadisələrə diqqət yetirməzdən əvvəl Dövlət Departamentinin və ABŞ hökumətinin azərbaycanlı polisləri cəzalandırmaq tələblərini yada salaq. Yaxın keçmişin qalmaqallı hadisələrindən birinə — müxalifətçi Sərdar Cəlaloğlunun işinə baxaq.

Azərbaycan üçün taleyüklü sayılan 2003-cü ildə meydandakı üsyanı tribunadan idarə edən Cəlaloğlu sonradan həbs olundu. Zirzəmidə Cəlaloğlu ilə çox “məşğul olmuşdular”, həkimlər onun bədənində işgəncə izləri tapdı. Müxalifət fəalı isə Avropa Məhkəməsinə müraciət etdi. Avropa Məhkəməsi işgəncə faktını təsdiqlədi. Azərbaycan hökuməti isə Avropa Məhkəməsinin bu qərarını icra edib müxalifətçiyə kompensasiya ödədi.

Amma yox. Amerikalılar və digər “böyük xalqlar”ın elçiləri müxalifət fəalına işgəncə vermiş polislərin cəzalandırılması tələbindən geri çəkilmirdilər. Azərbaycan hakimiyyəti isə polisləri cəzalandırmadı. Amerika demokratiyasının sonrakı taleyi, xüsusilə də Ferqyusson hadisələri göstərdi ki, Azərbaycan hökuməti bu məsələdə səhvə yol verməyib, yəni əslində elə amerikalıların özlərinin yazdığı qanunlara uyğun davranıb. Axı ABŞ-da da özbaşınalıq edən, adamları öldürən polislərin heç biri cəzalandırılmadı!

Razıyıq, yaxşı nümunə deyil. Amma axı pis vərdişlər, pis nümunələr də tez yayılır, tez yoluxur, elə deyilmi?!

Həm Vilayət Eyvazov, həm də digər azərbaycanlı polislər Feryussonda olduğu kimi azğınlaşmış kütləni dağıdarkən ola bilsin ki, bir az çox fəallıq, hətta canfəşanlıq etmişdilər. Amma nə Vilayət Eyvazov, nə də digər azərbaycanlı polislər axı heç kim öldürməmişdilər! Barışmaz mövqedə dayanan nümayişçilərə atəş açmamışdılar! Silahsız insanların qanını axıtmamışdılar!

Amma yox, Dövlət Departamenti başqa cür düşünürdü. İlham Əliyevdən onları cəzalandırmağı tələb edirdi. Sual olunur: həmin bu Dövlət Departamenti bəs Daniel Pantaleonu cəzalandırmağı Barak Obamadan niyə tələb etmir?

ABŞ hökuməti öz ruporu kimi qabağa verdiyi “şirin əkizlər”in — Psaki-Harf cütlüyünün dili ilə Azərbaycan hökumətini demək olar ki, hər gün tənqid edib onu insan haqlarını pozmaqda suçlayır. Azərbaycanı nədə ittiham edirlər? Leyla Yunusun, Xədicə İsmayılın və ABŞ hökumətinin xidmətçisinə çevrilmiş tör-töküntü dönüklərin həbsində!

Gəlin bir anlığa fərz edək ki, haqlı tənqiddir. Gəlin ABŞ-ın Azərbaycandakı 5-6 agentinin taleyindən narahat olan amerikalı məmurların səmimiyyətinə, mərhəmətinə və ürəyiyumşaq olmasına bir anlığa inanaq.

Lakin sual yaranır. Həmin bu amerikalı məmurlar zavallı qaradərili astmatik Erik Qarneri diabetik Yunusun həbsindən elə bir neçə gün öncə güllələyib öldürən ağdərili ment Daniel Pantaleonu cəzalandırmağı öz hökumətlərindən və Obamadan niyə tələb etmirlər? Yunusun həyatı bu məmurlardan ötrü Qarnerin həyatından doğrudanmı qiymətlidir? Qiymətidirsə, niyə qiymətlidir?

Yaxud başqa misal. Azərbaycanda prokurorluq blogger Mehman Hüseynovu dindirir. Ola bilsin burada ədalətsizlik və prokurorların internetdə ağzına gələni yazan birinin dövlət başçısını təhqir etməsinin qarşısını almağa yönəlik yersiz səyləri var. Bu isə amerikalıların xoşuna gəlmir. Onlar həm açıq şəkildə, həm də bağlı qapılar arxasında hökuməti inandırmağa çalışırlar ki, gənc bloggeri guya təzyiqlərdən qorumaq üçün Zakir Qaralovun rəhbərlik etdiyi struktura təzyiq edilməlidir.

Bəs o zaman həmin amerikalı məmurların özləri Erik Qarnerin öldürülməsi səhnəsini çəkən amerikalı bloggerin taleyinə niyə laqeyddir? Axı ABŞ hüquq-mühafizə orqanları sadəcə olaraq polis zorakılığını öz qacetinin yaddaşına həkk edən şahidi təqib edir!

ABŞ hökuməti və eks-səfir Kozlariç, sözün birbaşa mənasında bizim ölkə üzrə spiker təyin edilmiş digər diplomat Kramer Əliyev hökumətini hər gün “ifşa edirlər”. Ola bilsin onların ittihamlarının bir hissəsi əsassız deyil və doğrudan da 20 yaşlı müstəqil Azərbaycan dövləti siyasi sistemi, demokratik institutları təkmilləşdirmək üçün hələ çox iş görməlidir.

Lakin nəyə görə 200 yaşlı Amerika dövləti həmin Ferqyussonda 18 yaşlı silahsız qaradərili Mayk Braunu güllələyən ağdərili polis Darren Uilsona bəraət qazandırdı? Bu ədalət gənc demokratiyaya malik ölkələrə necə nümunə olacaq? Yoxsa amerikalılar Azərbaycanı da bu cür hadisələrdən nümunə götürməyə çağırır və onu istəyirlər ki, gələn dəfə yeni kütləvi itaətsizlik və qiyam zamanı silahsız insanlara atəş açsın?

Amerikalılar Bakıda hüquq müdafiəçisi Emin Hüseynovu gizlədirlər. Əvvəlcə öz səfirliklərinin binasında. Sonra onu gizli şəkildə İsveçrə səfirliyinə aparırlar. Müqəddəs insan haqları dəyərləri naminə!

Ancaq elə həmin amerikalılar Ferqyussonda etiraz aksiyalarını işıqlandıran “əl-Cəzirə” müxbirinə qarşı gözyaşardıcı qaz tətbiq edirlər! Və iğtişaşları işıqlandıran türkiyəli jurnalis Bilgin Şaşmazı güllələməklə hədələyirlər.

İndi yalan haradadır, həqiqət harada? Ədalətsizlik hanı, qeyri-ədalətsizlik hanı? Nəyə görə birini xilas edirlər, digərini öldürürlər? Nəyə görə öz ölkələrində həbsxanaları qiyamçılarla, yəni potensial siyasi məhbuslarla doldururlar, Ferqyussonda 5348 nəfəri həbs edirlər və onlardan yalnız 686-ı ağdərili, qalan hamısı qaradərili olur, ancaq ABŞ hökuməti diqqətini Azərbaycandakı hansısa epizodik siyasi kolliziyalara kökləyir?

Sual yarana bilər: niyə total yox, epizodik? Ona görə ki, ABŞ-ın Vaşinqton ştatından tutmuş Nyu-Yorka, Missuriyə qədər bütün ştatlarının iri şəhərlərini polis zorakılığından və total təqiblərdən qəzəblənən amerikalıların etiraz aksiyaları bürüyür. Bakıda isə şəhərin mərkəzində Vaşinqtona arxalanan müxalifətin icazəli mitinqinə müxalif nomenkulaturanın bir ovuc nümayəndəsi — cəmi 200-300 nəfər qatılır!

Vaşinqton öz ölkəsindəki problemləri qulaqardına vuraraq başqa ölkənin hökumətinə hücum edir, hansı ki, həmin hökumətin xalqı nəyə görəsə ona qarşı qəzəbli olduğunu ifadə etmir. Amerika məmurları isə əmin edirlər ki, bu xalq totalitarizm və despotiya zənciri ilə buxovlanıb, demokratiya səyləri boğulub.

Əlbəttə, əlbəttə! Buna heç şübhəniz olmasın! Elə buna görə də hökumət “zəncirlənmiş xalq”a mitinq keçirmək üçün şəhərin mərkəzində meydan təqdim edir. Hansı ki, 8-10 il əvvəl orada yüz minlərlə adam yığışardı.

Bəlkə amerikalılar özünəməxsus “perezaqruzka” etsinlər və meydanların niyə narazı elektoratı və aktiv sosial bazanı özünə cəlb etmədiyinə dair suala bir daha cavab verməyə çalışsınlar?! Bu haqda düşünsünlər ki, əhalinin bu təbəqəsi hara əriyib yox oldu?! Və niyə o, amerikalıların anlayışında liberallaşma və islahatlar adlandırılan siyasi kataklizmləri istəmir? Və başa düşməyə çalışsınlar ki, nəyə görə Əliyevlərin əsas düşməninin — Elçibəyin bütün müavinləri elə həmin Əliyevlərin tərəfinə keçdilər?

…Bir dövlətin digərinə qarşı virtual intervensiyası da olmasa açıq təcavüzü ortadadır. İnsan haqlarının müdafiəsi şüarı altında… Azadlıqlar və bərabərlik haqda eybəcərləşmiş şüarlar altında…

Qərb tolerantlığının və hələ qorbaçovşinadan əvvəl deqradasiya olunmuş əksfikirliliyi və sözə baxmayan dövləti qula çevirmək silahı kimi istifadə olunan Amerika demokratiyası adlanan məhfumun yenidən doğulması ortadadır. Bu dəhşətli intervensiya dalğasını müqəddəs insani dəyərlərlə manipulyasiya etmədən başqa cür izah etmək mümkün deyil. Və heç bir izahata sığmır.

Ancaq azərbaycanlıların etiraz meydanlarını doldurmaq arzusunda olmamasının səbəbi bizə aydındır. Və səbəb heç də amerikalıların pis-yaxşı işləyən dövlət institutlarını külə çevirən ehtiraslarının güdazına gedən ölkələrin acınacaqlı taleyi deyil. Cəmiyyətin böyük hissəsi həqiqəti dərk edib — dövləti İlham Əliyev adında müdrik və ağıllı adam idarə edir. O, beynəlxalq situasiyanın necə inkişaf etdiyini ölçüb-biçir, bir neçə onillik qabağın geosiyasi risklərini hesablayır. Və böyük ölçüdə düzgün qərarlar qəbul edir.

Axı o, 2003-cü ildə amerikalıların dediklərini həqiqət kimi qəbul etsəydi, 2005-ci ildə və ölkənin taleyi uğrunda sərt mübarizənin sonrakı mərhələlərində büdrəsəydi, o zaman Azərbaycanı təhdid edən fəlakətin miqyasını təsəvvür etmək belə çətin olardı.

Hərdən adama elə gəlir ki, İlham Əliyev ülgücün iti ucunda gəzir və hansısa ciddi səhvə yol verəcək, yaxud artıq verib. Ancaq illər keçir və biz qəbul edilən strateji qərarların düzgünlüyünə əmin oluruq. Taktiki səhvlərdən isə heç kim sığortalanmayıb. Hətta Obama, Merkel və Putin də…

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vilayət Eyvazovun qardaşı oğlunun bölmə rəisi təyin edilməsi təsdiqlənmədi

    Vilayət Eyvazovun qardaşı oğlunun bölmə rəisi ...

    19-07-2013, 12:39

  • 
  • Vilayət Eyvazovun qardaşı oğlu  rəis təyin edildi

    Vilayət Eyvazovun qardaşı oğlu rəis təyin edildi ...

    18-07-2013, 23:50

  • 
  • Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı - Yeni TƏYİNAT

    Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı - ...

    31-08-2020, 11:47

  • 
  • Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? — Namizədlər

    Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? — ...

    21-06-2019, 14:35

  • 
  • Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib - TƏRCÜMEYİ-HAL

    Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə ...

    21-06-2019, 03:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu