Samux rayonundakı orta məktəblərin biri barədə Moderator.az-a ilginc məlumat daxil olub.
Bildirilir ki, Samux rayon "İnstitut" qəsəbəsinin 10-cu və 11-ci sinfinin bir neçə şagirdinin dərs vaxtı avtoxuliqanlıq etmələri az qala faciəyə səbəb olacaqmış. İddialara görə, ərköyün şagirdlərdən biri atasına məxsus avtomobili götürərək dərs vaxtı dostları ilə əylənərək avtoxuliqanlıq ediblər. Nəticədə Gəncə şəhəri Kəpəz rayonu "Türklər" qəsəbəsində iki maşın toqqusub, maşının sahibi isə Vəliyev Zahid, maşını qaçıran oğlanın adi Amildir. Onunla avtoşluq etmək istəyərkən xəsarət alan sinif yoldaşının adı isə Vüqardır. İddialara görə bu "qoçaqlar" dərsə gəlməyib hadisə törədiblər, müəllimlərsə olayı ört-basdir etməyə çalışıblar, polisinsə olaydan xəbəri yoxdur, vurulan maşının sahibinin adının Əkbər olduğu deyilir...
Redaksiyadan: Ümid edirik ki, hörmətli təhsil naziri Mikayıl Cabbarov Samux məktəblərinə xüsusi həssaslıqla yanaşacaq və dərs vaxtı avtoşluq iddiasına düşən şagirdləri, buna göz yuman pedaqoji personalın cəzalandırılmasına göstəriş verəcək...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?