Zərdab rayonu Aldanlı kəndində heç bir əxlaqa və insanlığa sığmayan dəhşətli olay baş verib
AzNews.az xəbər portalına bütün ölkəni qarışdıracaq, tükürpədən informasiya daxil olub. Saytın yaydığı məlumatda bildirilir ki, Zərdab rayonu Aldanlı kəndində heç bir əxlaqa və insanlığa sığmayan dəhşətli olay baş verib. Belə ki, Zərdab rayonunun Aldanlı kənd sakini, 7-ci sinif şagirdi olan qız dünyaya uşaq gətirib. Azyaşlının hamiləliyindən heç kəsin xəbərdar olmadığı bildirilir. Hadisə baş verən gün də məktəbə gələn qızın ağrıları məhz təhsil müəssisəsində tutub. Təcili olaraq həkimə çatdırılan qızın hamiləliyi və uşağın doğulmaqda olduğu məhz bu zaman aşkarlanıb. Uşağın atasının kim olduğu, qızın hansı şəraitdə hamilə qaldığı barədə məlumatlar dəqiqləşdirilir. AzNews.az-a daxil olan məlumata görə, hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Məlum səbəblərə görə 7 sinifdə oxuyan ananın adını açıqlamırıq. Amma bu dəhşətli olayın təffərrüatları ilə bağlı oxucularımıza daha ətraflı informasiya verəcəyik.
Sorğu
Yeni dizaynımız necədir?