GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Daha bir üsyan ocağı-Zərdab

Daha bir üsyan ocağı-Zərdab

Tarix: 4-02-2013, 10:11 Bölmə :Ölkə Baxış: 2 718
Daha bir üsyan ocağı-Zərdab

Lütvəli Babayevin əməlləri əhalinin səbrini son həddə çatdırıb

Böyük xalq etirazlarının bir-birinin ardından baş qaldırması paralel olaraq yerlərdəki məmurlarda da böyük həyəcan yaradıb. Onlardan biri isə Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevdir. Bildirək ki, adı bir çox qalmaqallarda hallandırılan Lütfəli Babayev bir zamanlar Mincgəçevirə rəhbərlik edirdi.

Zərdabda etirazlar başlayır

Şeyxin adamı kimi ciddi şəkildə qorunan Lütfəli Babayevin qardaşı Şirvan bölgəsinin və eyni zamanda Mingəçevir şəhərinin axundudur. Onun, yəni axund olan Xanəli Babayevin adı isə narkotik qaçaqmalçılığında, həmçinin azyaşlı bir qızın zorlanmasında hallandırılsa da, Lütfəli Babayev qardaşını mühakimə olunmaqdan qorumağa müvəffəq oldu. Bu işdə isə Allahşükür Paşazadənin çətiri altında olması faktı təbii ki, mühüm əhəmiyyət kəsb etmiş oldu.
Beləcə, Mingəçevirdə böyük xalq qəzəbinin hədəfinə çevrilən Babayevlərin sonrakı hakimiyyət ünvanları Zərdab oldu və illərdir ki, Lütfəli Babayev Zərdab rayon camaatına istədiyi zülmü edir və bunun müqabilində ona «gözün üstündə qaşın var» deyəcək birisi də müşahidə olunmur. Təbii ki, yenə də Şeyxin hökmlü müdafiəsi Babayevlərin işinə yarayır. Nəticədə bir qadın tərəfindən zorlamada ittiham olunan Lütfəli Babayev nəinki həbsdən yayınmağa müvəffəq olur, hətta həmin qadını şərlədərək həbs də etdirir.
Redaksiyamıza Zərdabdakı mənbələrdən daxil olan informasiyalardan isə aydın olur ki, digər rayonların ayaqlanması Zərdab rayon sakinləri üçün də stimul rolunu oynayıb: «Təbii ki, Lütfəli Babayevə qarşı hər zaman narazılıq olub və indi bu narazılığın şiddəti daha da yüksəkdir. Artıq rayon sakinləri arasında icra başçısının istefa tələbi ilə aksiya tədarükü görülür. Və yaxın günlərdə bütün Azərbaycan Zərdab camaatının edəcəklərindən danışacaq».

Şeyxin zəifləyən dayağı

Onu da xatırladaq ki, Lütvəli Babayev bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin adamı hesab olunur və onun qardaşı Hacı Xanəli Babayev Mingəçevirin və Şirvanın axundudur. Ona qarşı isə bir ara dövrü mətbuatda çox sərt ittihamlar irəli sürülmüşdü, hətta axund Mingəçevir mədrəsəsində təhsil alan azyaşlı qızlardan birini zorlamada da ittiham olunurdu. Hacı Xanəliyə qarşı ittihamlar içində onun narkotiklə bağlılığı ilə də məqamlar var idi.
İndi isə məlum olur ki, arxalarında Şeyxin dayandığı Babayev qardaşları yenə də şakyətlərə nədən olmaqdadırlar. Amma bu uzun sürməyəcək. Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki qaynaq bildirir ki, Lütvəli Babayevin artıq vaxtı yetişib və onun vəzifədən çıxarılması an məsələsidir.Qeyd edək ki, bir sıra KİV-lər son zamanlar ümumiyyətlə Şeyxin mövqelərinin zəifləməsi barədə xəbərlər yayırlar. Buna görə də Hacı Allahşükür Paşazadənin əvvəlki qaydada Babayev qardaşlarının arxasında dayanmayacağı da məlum olur.
Bu arada bir başqa mənbə isə bildirib ki, əslində öz hakimiyyətinə qarşı böyük xalq etirazlarının olacağından xəbər tutan Zərdabın icra başçısı «yuxarıları» vəziyyətlə bağlı məlumatlandırmaqla yanaşı, həm də könüllü olaraq istefaya getmək istədiyini də bildirib. Hökumət içindəki qaynaq iddia edir ki, Lütfəli Babayevin bu təşəbbüsü artıq Prezident Administrasiyasında müzakirə olunur.

Altı min manatlıq əməliyyat

Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar Birliyi Zərdab rayon şöbəsinin sədri Sarıyev Vüqar Nazir oğlu bir müddət öncə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin və RİH-nin Zərdab şəhəri üzrə nümayəndəsi Hafiz Kərimovun dələduzluq əməllərinin qurbanı olması və nəticədə 6000 (altı min) manat məbləğində maddi ziyana məruz qalması haqda məsələ qaldırmışdı.
Ərizədə bildirilir ki, 2010-cu ilin avqust ayında V.Sarıyev başçı L.Babayevlə görüşüb. Həmin görüşdə V.Sarıyev sahibkarlıqla məşğul olmaq niyyətini və bu məqsədlə ona torpaq sahəsi ayrılması (satılması) barədə xahişini icra başçısına bildirib. Qısa sürən müzakirələrdən sonra tərəflər 5000 (beş min) manat müqabilində yeni sahibkara 500 kv.m torpaq sahəsi ayrılacağı barədə razılığa gəlirlər.
Bir neçə gün sonra Vüqar Sarıyev razılaşdırılmış məbləği gətirərək nəğd şəkildə Lütvəli Babayevə verir və icra başçısı da öz növbəsində torpaq sahəsinin ayrılması və sənədlərin hazırlanmasına dair dərhal müvafiq göstərişlər verir. Daha bir neçə gündən sonra bütün lazımi sənədlər, o cümlədən 500 kv.m torpaq sahəsinin ayrılmasına dair Zərdab RİH memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədo tərəfindən imzalanmış rəy, Dövlət Torpaq və Xəritəçəkmə Komtəsi Zərdab rayon şöbəsinin rəyi, Torpaq şöbəsi tərəfindən çəkilmiş plan, torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş və on təşkilat tərəfindən imzalanmış akt hazırlanmış və həmin sahə V.Sarıyevə göstərilib.
Həm Lütvəli Babayev, həm də Hafiz Kərimov Vüqar Sarıyevə bildirirlər ki, bir neçə günə sərəncam veriləcək və artıq tikinti işlərinə başlamaq olar. Bu vədlərin müqabilində V.Sarıyev həmin ərazidə təqribən 1000 (min) manatlıq qum-çınqıl tökmə işləri gördürür. Lakin bütün bunlardan sonra sərəncam ləngidilərək hələ də verilmir.
Bir neçə gündən sonra isə L.Babayevin əsil məqsədi özünü büruzə verir. Belə ki, icra başçısı yeni formalaşan sahibkardan əlavə olaraq daha 5000 (beş min) manat ödəməsini tələb edir. Buna imkanı çatmadığını və ən əsası da bu tələbin razılaşmaya uyğun olmadığını bildirən Vüqar Sarıyev əlavə məbləği ödəməkdən imtina edir. Lakin iştahasını boğa bilməyən L.Babayev də güzəştə getmir. Nəticədə isə V.Sarıyev həm sərəncamsız, həm də pulsuz qalır. Təbii ki, Lütvəli Babayevin və Hafiz Kərimovun aldıqları pulu qaytarmaq barədə düşündüklərini belə ehtimal etmək çətindir.Vüqar Sarıyevin yeganə ümidi isə şikayət ərizəsi ilə müraciət etdiyi müxtəlif instansiyaların görəcəkləri tədbirlərə qalıb. Lakin bu instansiyaların da əksəriyyəti həmin ərizələri araşdırılması üçün məhz elə L.Babayevin üzərinə ünvanlayır.

Xalqın səbrini daşdıran olaylar

Zərdab icra başçısının adı başqa bir olayda da hallanmışdı. Söhbət Zərdabın icra başçısı Lütfəli Babayevin rayon sakini Şəfəq Səfərəliyevaya təcavüz etməsi, sonra isə qadını şərləyərək həbs etdirməsindən gedir. Qadının keçmiş Yaqub Səfərəliyev və oğlu Aydın Aydınlı hadisə ilə bağlı etatist.com saytına geniş müsahibə veriblər. Onlar bildiriblər ki, icra başçısı iyrənc əməlindən sonra onlara kabinetinə dəvət edərək Şəfəq Səfərəliyevanın əxlaqsız olduğunu deyib. Lütfəli Babayev onlara “siz dəliqanlısız, birdən gedib o qadını öldürərsiz ha?! O qadını öldürməyin” deməklə guya onları cinayətdən çəkindirmək istəyib. Əslində icra başçısının planı Şəfəq Səfərəliyevanı keçmiş əri və oğlu vasitəsilə aradan götürmək olub. Qadının əri hadisə barədə deyib: “Şəfəq, Lütvəli Babayevin otağında olanda, müavini Pərvini çağırtdırıb, gələndən sonra Pərvinə him-cim edib, nə edibsə, Pərvin deyib ki, qoy gedim sənədi götürüm, gəlim. Çıxıb çölə. Gəlin qalıb içəridə. Oturandan sonra əlinin içini qıdıqlayıb. Sonra deyib ki, arxa tərəfdə otaq var, gör ərin buranı nə günə qoyub. O da deyib mənim ərim burda nə gəzir?! Lütvəli də deyib ki, sən nə danışıran?! Gəl otağa bax. Gələndə tutub boynunun dalından. Bu da çox açıqlaya bilmir nə edib. Oğlundan utandığı üçün”. Yaqub Səfərəliyev əlavə edib ki, Şəfəq Səfərəliyevanı icra başçısının əlindən qurtulmaq üçün onun sifətini cırmaqlayıb. Qadının bu məsələni ictimailəşdirməsi isə icra başçısının onu şərləyərək tutdurmasına səbəb olub. İcra başçısı Lütvəli Babayevin qadına təcavüzündən sonra rayonu şoka salan başqa bir əxlaqsız olay baş verib.
Zərdab rayonu Alıcanlı kəndində heç bir əxlaqa və insanlığa sığmayan dəhşətli olay baş verib. Sözügedən kəndin sakini, 7-ci sinif şagirdi olan qız (məlum səbəblərdən adı açıqlanmır) dünyaya uşaq gətirib.
Azyaşlının hamiləliyindən heç kəsin xəbərdar olmadığı bildirilir. Hadisə baş verən gün məktəbə gələn qızın ağrıları məhz təhsil müəssisəsində tutub. Təcili olaraq həkimə çatdırılan qızın hamiləliyi və uşağın doğulmaqda olduğu məhz bu zaman aşkarlanıb.
Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov açıqlamasında baş vermiş hadisəni təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəməyib: “Mən bu barədə heç bir məlumat verə bilmərəm. Kriminal hadisədir. Mənim bu barədə danışmağa ixtiyarım yoxdur. Iş Zərdab Rayon Polis Şöbəsində araşdırılır. Onların nəzarətində olduğuna görə, hadisə ilə bağlı ancaq Polis şöbəsi məlumat yaya bilər”.
Həmçinin məlumata görə, Zərdab Rayon Təhsil Şöbəsində toplantı keçirilib. Toplantıda 13 yaşlı ananın təhsil aldığı Alıcanlı kənd məktəbinin direktorunun fəaliyyəti sərt şəkildə tənqid olunub. Təhsil Şöbəsinin keçirdiyi iclasın əsas məqsədi informasiyanın yayılmasının qarşısını almaq olub.
Elçin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zərdabda üsyan təşvişi

    Zərdabda üsyan təşvişi ...

    3-02-2013, 11:14

  • 
  • Zərdabda gərginlik artır

    Zərdabda gərginlik artır ...

    7-02-2013, 10:10

  • 
  • Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin adı daha bir qalmaqalda hallanıb

    Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli ...

    10-09-2013, 15:06

  • 
  • Zərdabda istefa tələbi

    Zərdabda istefa tələbi ...

    19-06-2013, 12:39

  • 
  • Zərdabın  icra başçısı Lütvəli Babayev hədəfdə

    Zərdabın icra başçısı Lütvəli Babayev hədəfdə ...

    17-01-2014, 11:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu