İŞİD terror qruplaşması ötən gün öz içərilərində olan xainləri cəzalandırıb.
ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması İraqın Ninova əyalətinin mərkəzi hesab edilən Mosul şəhərində 4 əmiri “xəyanət etmək və məlumat ötürmək” iddiası ilə düzərək güllələyiblər.
Terror qruplaşması iraqlı əmirlər barəsində edam qərarı verdikdən sonra güllələnməni yerinə yetiriblər.
Bundan başqa, şəhərdə onlarla ailənin koalisiya qüvvələrinin hücumundan sonra Suriyanın Raqqa şəhərinə köçdüyü bildirilir. Raqqa qruplaşmanın Suriyadakı mərkəzi hesab olunur.
Xatırladaq ki, İŞİD-çilər noyabr ayında da 2 əmir və əvvəlki aylarda da öz üzvlərindən bir neçəsini xəyanət etməkdə günahlandıraraq gülələyib öldürmüşdülər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?