İŞİD terror qruplaşması ABŞ başda olmaqla koalisiya qüvvələrinin İraqdakı hərbi bazasına hücum etdiyini iddia edib.
ANS PRESS-in məlumatına görə, terror qruplaşmasına məxsus media qurumları İraqın Anbar vilayətində yerləşən “Eynul Esed” hərbi bazasına hücum edildiyini bildiriblər. Xəbərdə deyilir ki, hücum nəticəsində ABŞ ordusunun 7 əsgəri öldürülüb. Və iki qırıcı təyyarə məhv edilib.
İraq səlahiyyətliləri və ABŞ komandanlığı “Eynul Esed”ə edilən hücumla bağlı hər hansı bir məlumat yaymayıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?