GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ölümünü gözləyən "SPİD" xəstəsi - Dəhşətli həyat hekayəsi

Ölümünü gözləyən "SPİD" xəstəsi - Dəhşətli həyat hekayəsi

Tarix: 16-12-2014, 21:06 Bölmə :Ölkə Baxış: 0
Ölümünü gözləyən "SPİD" xəstəsi - Dəhşətli həyat hekayəsi

“Amerikalı qadın gedəndən sonra bildim ki...” Həyatda hər kəs şanslı doğulmur. Bəzən də həyatın ağır sınaqları ömrün sonrakı illərinə təsadüf edir. Belələrini görməzliyə vurmaq, dərdinə biganə qalmaq düzgün və mümkün deyil. Müsahibimin zəif, xırıltılı səslə mənə verdiyi cavablarda aramsız bir kömək, yardım istəyi vardı. Onu dinlədikcə öz-özümdə düşünürdüm: bunları mənə doğrudanmı danışan bu adamdır? Onun başqalarından fərqli olduğunu düşünmüşdüm. Amma... Bugünku müsahibim çəkdiyi əzablardan, düçar olduğu xəstəliklərindən utanmayan, üstəlik sağalacağına ümidini üzməyən birisidir. Əsrin bəlası olan İİV infeksiyasina (SPİD) tutulub, həm də qırtlaq xərçəngi boğazından yapışıb. Anasını özünə bacı bilirmiş Mənsur Xanlarov 1967-ci ildə İmişli rayonunda anadan olub. Valideynləri o, altı aylıq olanda ayrılıblar: “Atam anamı qısqandığı üçün ayrılmalı olublar. Anam başqasına ərə gedəndə məni nənəmin, babamın öhdəsinə buraxıb. Əvvələr ad-soyadım Quliyev Münasib Malik oğlu olub. Sonradan dəyişdim. Yadımdadı, anam bizə gələndə həmişə məni qucaqlayıb öpürdü. Bacı bildiyim qadının əslində anam olduğunu 14 yaşımda təsadüf nəticəsində öyrəndim. Anamdan soruşdum ki, niyə yenidən ailə quranda məni özünlə aparmadın? Cavab verdi ki, ailə qurduğum kişi səni özümlə aparmağa icazə vermədi. Yenə də babamın evində yaşamağa başladım. Əsgərliyə getməyimə 5 ay qalmış gedib atamı tapmaq qərarına gəldim və tapdım. Atam bildirdi ki, boşananda məhkəmə səni götürməyə mənə icazə vermədi. Əsgərlikdə məktub gəldi ki, atan ölüb. Mən də əsgərlikdən qayıdandan sonra adımı-soyadımı dəyişib Xanlarov Mənsur Sərxan oğlu etdirdim”. Şəkər zavodundan işləyən gözəl qadın və… O, 1994-ci ildə ailə həyatı qurur. İmişli rayonu ərazisində yerləşən “Muradxanlı” neftçıxarma idarəsində işləməyə başlayır: “Yüksək əmək haqqım və gözəl ailəm vardı. Düzü, biz kişilər yad qadın görəndə nəfsimizi saxlaya bilmirik. İmişlidə şəkər zavodunda xarici ölkədən gələn qadınlar işləyirdi. Mən də həmin zavoda yaxın yaşayırdım. Orada işləyən amerikalı qadınlardan biri ilə tanış oldum. 4-5 ay davamlı olaraq görüşdük. Daha sonra qadın Azərbaycandan getdi. Onun gedişindən bir il sonra özümü narahat hiss etdim, məndə qızdırma, halsızlıq baş verdi. İmişlidə həkimə getdim. Həkim mənə yataq rejimli müalicə yazdı. Günlər keçdikcə vəziyyətimdə heç bir dəyişiklik olmadı. Paytaxta gəlib analiz verdim və məndə İİV virusu aşkarlandı. 2006-cı ildən Respublika QİÇS-lə mübarizə mərkəzində qeydiyyatdayam. Burada hər 6 aydan bir 21 gün qala bilirəm. Bu mərkəzin həkimləri olmasaydı, bəlkə mən çoxdan ölmüşdüm”. Arvad-uşaq ondan qaçıb Bəs ailəsi Mənsurun bu xəstəliyə yoluxduğunu necə qarşılayıb? Deyir ki, öz xəstəliyindən xəbər tutanda ilk aylar həyacan içində yaşayıb: “Fikrləşirdim ki, çürüyəcəm və öləcəm… Daha sonra özümü ələ aldım, yaşamaq üçün mübarizəyə başladım. Bir ay sonra ailəmə dedim ki, SPİD xəstəsiyəm. Evdəkilər qorxdu. Həyat yoldaşım da analiz verdi, heç bir xəstəlik olmadığını biləndə uşaqları da götürüb evdən getdi. İki oğlum var, biri 15, digəri 14 yaşında. Bildiyimə görə, Saatlı rayonuna yığışıblar. 9 ildir onları görmürəm”. Sonra dayısına sığınır, amma ordan da çıxmalı olur: “Xəstəliyimdən xəbər tutanda o da məni evdən qovdu, işdən də çıxdım. 9 ildir Biləcəridə kirayə qalıram. 160 manat pensiya alıram. Onun 130 manatını kirayə verirəm. Əvvələr fəhlə işləyib günə 10-15 manat qazanırdım. Amma 2 aydır xərçəng buna da imkan vermir. Gecələr nəfəs ala bilmirdim. Biləcəridə Dəmir Yol Xəstəxanasında analiz verdim. Məndə qıtlaq xərçəngi çıxdı. Bildirdilər ki, boğazında deşik açmaq lazımdır, bunun üçün 300 manat pul istədilər. Kirayə yaşadığım yerdə qonşular və uşaqlıq dostumun sayəsində pulu xəstəxanaya verdik. Boğazımdan deşik açdılar, indi güclə də olsa nəfəs ala bilirəm. Onkologiya Xəstəxanasında da analiz verdim, xəstəliyi təsdiq etdilər, məlum oldu qırtlaqda şiş var. Dedilər, əməliyyat olunmasan 2 aya öləcəksən. Əməliyyata isə 5 min manat istədilər. Hətta həkim biləndə ki, heç kimim yoxdu, yenə qiymətə fərq qoymadı. “Bax burda işləri zayılladın” dedi. 10 il sənayedə işləmişəm. Bəlkə elə o zaman zəhərli maddələrlə işlədiyim üçün bu xəstəliyə tutulmuşam. Heç kəs mənə kömək etmək istəmir. Gecələr yata bilmirəm. Hər 15 dəqiqədən bir oyanıram. Çünki məndə tez-tez boğulma baş verir”. “Anam on dəqiqəliyə gəldi” Xərçəng xəstəsi olduğunu biləndə dayısına zəng edib: “Dedim, mənim vəziyyətim yaxşı deyil, uşaqları gətir, onları görüm. Uşaqları gətirməyəcəyini bildirdi. Mənə heç kim yaxın durmur. Anamın 10 uşağı var. Bəziləri Bakıda yaşayır deyə anam onlara qonaq gəlibmiş. Eşidib ki, xəstəyəm. O da 10 dəqiqəliyə gəlib məni gördü. Özünü elə apardı ki, sanki 9 ay məni bətnində daşımayıb. Anamadan uşaqlarımı soruşdum, dedi maraqlanmıram”. Yaşamaq istəyir! O, səhvini boynuna alır: “Bu bir səhv idi. İndi peşmanam, çünki bu səhv hərəkət məni ailəmdən, uşaqlarımdan məhrum etdi. Düzü, inanmıram məni əməliyyat edələr. Amma yaşamaq istəyirəm . Bilmirəm, bəlkə o dünya buradan yaxşıdır. Orada sakit və rahat olaram. İndi isə pulsuz və carəsizəm. Pul yoxdursa ölməlisən. Əslində mən ölümümü gözləyirəm… Sonda Səhiyyə Nazirliyindən xahiş edirəm ki, mənə kömək etsinlər. Bir az da yaşayım. Sağalıb 10 ilə yaxındır görmədiyim uşaqlarımı görmək istəyirəm”.

İlhamə Əbülfət


Ölümünü gözləyən "SPİD" xəstəsi - Dəhşətli həyat hekayəsi
Ölümünü gözləyən "SPİD" xəstəsi - Dəhşətli həyat hekayəsi
Ölümünü gözləyən "SPİD" xəstəsi - Dəhşətli həyat hekayəsi
Ölümünü gözləyən "SPİD" xəstəsi - Dəhşətli həyat hekayəsi
Ölümünü gözləyən "SPİD" xəstəsi - Dəhşətli həyat hekayəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 4171 nəfər SPİD xəstəsi var

    Azərbaycanda 4171 nəfər SPİD xəstəsi var ...

    5-11-2013, 12:31

  • 
  • Bu il Azərbaycanda 387 nəfər SPİD-ə yoluxub

    Bu il Azərbaycanda 387 nəfər SPİD-ə yoluxub ...

    25-10-2013, 14:50

  • 
  • "Anamı, atamı, iki cavan qardaşımı, bacımı itirdim" - Xalq artisti

    "Anamı, atamı, iki cavan qardaşımı, bacımı ...

    20-04-2020, 01:36

  • 
  • Mingəçevirdə zorlanmış 15 yaşlı qızın gözü yolda qalıb – atasını gözləyir

    Mingəçevirdə zorlanmış 15 yaşlı qızın gözü yolda ...

    4-09-2017, 21:38

  • 
  • Günel Hümbətova: '"...fahişə olmaq yaxşıdı" - FOTO

    Günel Hümbətova: '"...fahişə olmaq ...

    23-12-2013, 00:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu