Müğənni Ayan Babakişiyeva qadın cazibədarlığının seksual görünüşlə əlaqəsi olmadığını düşünür.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı heç vaxt cazibədar olmağa can atmadığını deyib:
“Qadın cazibədarlığı onun gözəl bədən quruluşuna sahib olması demək deyil. Qarşındakının diqqətini cəlb etmək üçün sadəcə, bir baxış da kifayətdir. Əgər bir qadında cazibə varsa, ona seksual olmaq vacib deyil. Məncə, seksuallıq qadın üçün lazımlı nüans sayılmır. Bu ancaq ehtirası artırır. Ehtiras da ötəri hissdir. Heç vaxt cazibədar xanım olmağa can atmamışam. Gəncəm, gözələm. Bu, mənə kifayət edir. Bəziləri elə düşünürlər ki, cazibədar görünmək üçün açıq-saçıq geyinmək kifayətdir. Yanılırlar, qapalı libasda da cazibədar olmaq mümkündür”.
Sorğu
Yeni dizaynımız necədir?