Müğənni Ayan Babakişiyeva tədbirlərin birində fotokameramıza tuş gəlib.
Qısa libası ilə diqqət çəkən sənətçi Axşam.az fotokamerası qarşısına keçərək, şəkillər çəkdirib.
Cəsarətli paltarları sevən A.Babakişiyeva geyiminə sərhəd qoymur:
“Əgər bədən formam icazə verirsə, niyə də qısa geyinməyim? Bədənimi tam açmamaq şərtiylə, bu cür paltarlardan istifadə edirəm. Geyindiyim bu libas da açıq-saçıq deyil: yaşıma uyğundur, normal qısalıqdadır, bir az da göbək hissəm açıqdır. Əsas odur ki, artıq piylərim yoxdur, bədən formama uyğun gəlir. Qadın bədənini abartılmış formada açmadan belə cazibədar görünə bilər. Mənim də bəzi komplekslərim var: çimərlik geyimində foto çəkdirib, sosial şəbəkədə yerləşdirmərəm. Yayılmasından qorxuram. Biz Azərbaycanda yaşayırıq, bura Hollivud deyil. Adət-ənənlərimiz var, mənəviyyatımızı cılızlaşdırmamalıyıq. Belə şeylərə yol vermərəm. Amma çimərlik geyimində foto paylaşanlara da pis baxmıram".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?